Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayır.
Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi ilk görüşdə doğma meydanda Fransanın "Lyon" komandasını qəbul edəcək.
"Şükrü Saracoğlu" stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Pley-off mərhələsinin digər oyunlarında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Norveçin "Vikinq" komandasını, Bolqarıstanın "Levski" (Sofiya) isə Yunanıstan AEK-ini qəbul edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları avqustun 25-26-da keçiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)