Ölkə

Generalın oğlu işdən çıxarıldı

18 Avqust 2026 11:54
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Nazirin əmri ilə Qasımzadə öz arzusu ilə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.

Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.