Şou-biznes

Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)

18 Avqust 2026 00:47
Baxış: 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya şöhrətli müğənni Maykl Ceksonun qızı Paris uşaqlıq illəri ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Paris Cekson atalarının onun və bacı-qardaşlarının üzünü niyə maskalarla gizlətdiyini açıqlayıb.

Paris Cekson bildirib ki, atasının əsas məqsədi övladlarını insanların tanımasından və həddindən artıq diqqətdən qorumaq olub.

Onun sözlərinə görə, Maykl Cekson uşaqlarına maska taxdıqları zaman küçədə heç kimin onların kim olduğunu bilməyəcəyini söyləyirmiş. Bunun sayəsində onlar digər uşaqlar kimi rahat şəkildə gəzə, əylənə və daha adi həyat yaşaya biliblər. Paris həmin dövrdə üzlərini gizlətməyin ona qəribə gəlmədiyini də etiraf edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.