“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 16-da Bakı Bələdiyyə Teatrının Cullio Skarnaççi və Renzo Tarabuzzinin əsəri əsasında səhnələşdirdiyi "Bir milyonluq fırıldaq" tamaşasının premyerası keçirildi.
Tamaşanın premyerası Bakı Bələdiyyə teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə edilib.
İtaliya komediyası - "Mənim peşəm-cəmiyyətin sinyoru"("Моя профессия-синьор из общества") əsasında dramaturqlar - Cullio Skarnaççi və Renzo Tarabuzzinin yazdığı pyesə teatr və kino rejissoru Cavid İmamverdiyev quruluş verib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əsər, yaşamaq üçün insanların zəif cəhətindən ustalıqla istifadə etməyi bacaran təşəbbüskar bir fırıldaqçı haqqında parlaq bir hekayədir. Baş qəhrəman Leonido Papagatto orta yaşlı, gözəl görünüşlü, incə maneraları olan bir kişidir. O, özünü "nüfuzlu cəmiyyət sinfindən olan sinyor" kimi qələmə verərək toy məclislərində, dəfn mərasimlərində və digər tədbirlərdə fəxri qonaq kimi iştirak edir, tostlar söyləyir və yüksək qonorаrlar toplayır. Öz böyük və səs-küylü ailəsini məhz bu şəkildə saxlayır.
Günlərin birində varlı insanlardan ianə toplayaraq saxta xeyriyyə fondu yaradır. Baş qəhrəman getdikcə daha çox fırıldaqçılıq həddinə çatır və daim komik və absurd vəziyyətlərdən çıxmağa məcbur olur, onun ətrafında anlaşılmazlıqların girdabı yaranır. Əslində bütün bunları o, öz yaxınlarına qayğı göstərmək naminə edir.
Qeyd edək ki, "Mənim peşəm-cəmiyyətin sinyoru" komediyasına dünya səhnələrində dəfələrlə müraciət olunub.
İlk dəfə Azərbaycan dilində məhz Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilib. Ədəbi tərcümənin müəllifi Cavid İmamverdiyevdir.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Tamaşada iştirak edirlər: Rəşad Kəsəmənli(Leonodo Papagatto), Zülfiyyə Məmmədova(Valeriya Papagatto), Zülfiyyə Qurbanova(Matılda), Ülviyyə Rza(Fyorrella), Aynur Abbasova(İlona Çibor), Elməddin Zakirli,(Nikola Çibor), İsmayıl Atakişiyev (Antonio), Tural Əhməd(Raymondo Çibor), Toğrul Rza(Velluto), Asif Rəhimli(Marçello), Günel Həmidova(Alessandra), Mehman Abdullayev(Baba), Firəngiz Babayeva(Qrafinya Kyarelli daDda), Tofik Bayramov(Əməkdar artist-Baron Alfonso Kyoçça), Əhməd Salahov(Əməkdar artist-Polis), Rəşid Soltanov(Polis).
Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
-
Göygöldə maşın aşıb, xəsarət alanlar var
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
-
QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək
-
Serialdan qovulan Erdem Kaynarcanın yerinə yeni aktyor - FOTO
-
Dənizdə batan şəxslərdən geriyə qalanlar - (Foto)
-
“Qarabağ”ın heyəti açıqlandı
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
-
Millimiz yoxlama matçları keçirəcək
-
Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin azalıb - İki dəfəyə yaxın geriləmə
-
Bakıda təhsil alan tələbələrin sayı azaldılacaq - Emin Əmrullayev
-
Müəllimlərin maaşı artacaq - Nazir açıqladı
-
Bakıda su təchizatında müvəqqəti qrafik tətbiq olunur - Siyahı
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
“Koroğlu” ətrafında hərəkət sxemi dəyişir - (Foto)
-
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - Yenilənib
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı





