“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Xəzərin dalğaları 2026" (Caspian Waves 2026) Beynəlxalq Akvarel Festivalı keçirilib və zəngin proqramla yadda qalıb. Festivalın əsas məqsədi akvarel sənətinin inkişafı, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi və rəssamlar arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi olub.
Festival Xətai Sənət Mərkəzində təntənəli açılış mərasimi ilə başlayıb. Qonaqların qarşılanması, musiqi proqramı və yerli, eləcə də xarici rəssamların canlı rəsm performansları tədbirə xüsusi rəng qatıb. Müxtəlif ölkələrdən gələn rəssamlar bir məkanda çalışaraq akvarel sənətinin birləşdirici gücünü nümayiş etdiriblər.
Günün ikinci yarısında Azərbaycan Milli İncəsənət Muzeyində beynəlxalq sərginin açılışı olub. Sərgidə dünyanın 30 ölkəsindən 80-dən çox rəssamın 165 akvarel əsəri nümayiş etdirilib.
Tədbirdə festivalın kuratoru və Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəsi Səbinə İskəndər, Beynəlxalq Suluboya Cəmiyyətinin prezidenti Atanur Doğan, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək festivalın əhəmiyyətini vurğulayıblar.
Festivalın ikinci günü Quba bölgəsinə incəsənət səfəri və beynəlxalq plenerlə davam edib. Yerli və xarici rəssamlar təbiət motivlərini birbaşa məkanda işləyərək yeni əsərlər yaradıblar.
Üçüncü gün isə festival Bakının tarixi mərkəzi - İçərişəhərdə açıq hava plenerləri ilə başlayıb. Rəssamlar qədim küçələr və memarlıq abidələri arasında işləyərək şəhərin tarixi atmosferini akvarel əsərlərində əks etdiriblər.
Günün sonunda Xəzər Media Mərkəzində festivalın bağlanış mərasimi və yekun sərgisi keçirilib. Tədbiri Xəzər TV-nin nümayəndəsi Xədicə Həmidli açaraq qonaqları salamlayıb.
Festivalın kuratoru Səbinə İskəndər, Atanur Doğan, Zahid Əvəzov və digər qonaqlar çıxış edərək yüksək təşkilatçılıq səviyyəsini və beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd ediblər. Bağlanışın keçirilməsinə göstərdiyi dəstəyə görə Xəzər TV-nin direktoru Murad Dadaşova təşəkkür bildirilib.
Sonda iştirakçılar xatirə fotosu çəkdirib, festivalın üç günlük proqramını əks etdirən video nümayiş olunub.
Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Çin, Hindistan, Ukrayna və Rusiyadan ümumilikdə 13 xarici qonaq iştirak edib.
"Caspian Waves 2026" festivalı Bakını üç gün ərzində beynəlxalq akvarel sənətinin mühüm mərkəzlərindən birinə çevirərək uğurla başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Göygöldə maşın aşıb, xəsarət alanlar var
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
-
QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək
-
Serialdan qovulan Erdem Kaynarcanın yerinə yeni aktyor - FOTO
-
Dənizdə batan şəxslərdən geriyə qalanlar - (Foto)
-
“Qarabağ”ın heyəti açıqlandı
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
-
Millimiz yoxlama matçları keçirəcək
-
Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin azalıb - İki dəfəyə yaxın geriləmə
-
Bakıda təhsil alan tələbələrin sayı azaldılacaq - Emin Əmrullayev
-
Müəllimlərin maaşı artacaq - Nazir açıqladı
-
Bakıda su təchizatında müvəqqəti qrafik tətbiq olunur - Siyahı
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
“Koroğlu” ətrafında hərəkət sxemi dəyişir - (Foto)
-
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - Yenilənib
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı
-
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib





