Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19-24 iyun tarixlərində Bakı şəhərinin qədim hissəsi əsl Argentina tanqosu paytaxtına çevrilib.
Azərbaycan tarixində ilk dəfə keçirilən El Calor en Baku - Azerbaijan Tango Festivalı musiqi və rəqsi vahid bir canlı məkanda birləşdirərək şəhərə xüsusi mədəni atmosfer bəxş edir.
Bu möhtəşəm mədəni marafonun final akkordu 24 iyun tarixində səslənəcək - dünya tanqosunun simvollarından biri, əfsanəvi Karlos Qardelin xatirəsinə həsr olunmuş möhtəşəm konsertlə.
Gecə Bakı Musiqi Akademiyasının Opera studiyasında keçiriləcək və Bakıda Argentina Mədəniyyəti Həftəsinin kulminasiyası olacaq.
Səhnədə dünyanın ən parlaq Argentina tanqo orkestrlərindən biri - La Argenta Ensamble çıxış edəcək. Beş musiqiçi, güclü canlı ifa, Fernando Erreranın orijinal aranjimanları və Ximena Qonsalesin ifadəli vokalı tamaşaçılara əsl tanqo-noir atmosferi yaşadacaq. Gecənin xüsusi qonaqları isə dünya tanqosunun ulduzları - səhnə ustaları Yanina Quiñones və Neri Piliu olacaq.
Final yalnız bir konsert deyil, eyni zamanda emosional bir səyahət vəd edir - Qardelin klassikasından müasir tanqoya qədər uzanan, Bakı ilə Buenos-Ayresi eyni ritmdə birləşdirən unudulmaz bir axşam.
Biletləri onlayn əldə etmək mümkündür:
https://iticket.az/events/concerts/la-argenta-ensamble-the-great-argentine-tango-evening-in-baku
Festival Azərbaycan Respublikası Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İçərişəhər", Azərbaycandakı Argentina səfirliyi və Azərbaycan Rəqs Şurası (AzDC), eləcə də beynəlxalq tanqo icması və yerli tərəfdaşların dəstəyi ilə təşkil olunur. Həftə ərzində qədim İçərişəhər küçələri canlı səhnələrə çevrilir: açıq hava milonqaları, ustad dərsləri, kinopokazlar, qastronomik tədbirlər və "Metropolitango" beynəlxalq çempionatı Argentina mədəniyyətini şəhərin ürəyinə gətirir.
Layihə və festival proqramı haqqında ətraflı məlumat rəsmi saytda mövcuddur:
https://aztangofest.com/az
Festivalın Instagram səhifəsi:
https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy
İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Habil Qasımov vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
Bakıda su təchizatında müvəqqəti qrafik tətbiq olunur - Siyahı
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
“Koroğlu” ətrafında hərəkət sxemi dəyişir - (Foto)
-
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - Yenilənib
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı
-
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
-
Sürücülərin nəzərinə: İsti havada maşında telefon və powerbank saxlamaq təhlükəlidir
-
Azərbaycanda 111 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
-
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
"Yaşasaydı 50 yaşı olacaqdı" - Dostları Cabir İmanovu yad etdilər - (Foto)
-
Bakıda 330 kiloqram çəkisi olan kişini evdən FHN çıxartdı - (Video)
-
Mərdəkanda batan 4 nəfərdən ikisi qardaşdır
-
“Qarabağ” iki qapıçısı ilə vidalaşdı - (Foto)
-
Qubada torpaq sürüşməsi aktivləşdi - Qusarla sərhəd zonada monitorinq aparılır
-
Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
-
İranın mərhum lideri Xamenei iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq
-
AQTA-dan bir qəpiklik yumurta ilə bağlı açıqlama





