Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbulda mövsümün ən mühüm mədəniyyət hadisələrindən biri sayılan XVII Beynəlxalq Opera və Balet Festivalı böyük uğurla başa çatıb. Festival çərçivəsində tamaşaçılara klassik opera və baletdən tutmuş müasir rəqs tamaşaları və konsert proqramlarınadək müxtəlif janrlar təqdim olunub. Bu barədə festival iştirakçısı, Əməkdar artist Ramil Qasımov bildirib.
Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həmçininTürkiyə Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin dəstəyi iləhəyata keçirilib.
Festival proqramına ümumilikdə 13 musiqi gecəsi və 22 tamaşa daxil edilib. Ramil Qasımovun sözlərinə görə, bu il dünya opera repertuarının inciləri xüsusi maraq doğurub və onların arasında Cüzeppe Verdinin "Traviata" operası tamaşaçıların böyük rəğbətinivə alqışlarını qazanıb.
Operanın süjeti Violetta Valerinin dramatik həyat hekayəsindənbəhs edir. O, Alfred Jermona olan dərin sevgisinə baxmayaraq, cəmiyyətin və sevgilisinin ailəsinin təzyiqləri səbəbindən şəxsixoşbəxtliyindən imtina etməyə məcbur olur. Əsərdə fədakarlıq, məhəbbət və qaçılmaz ayrılıq mövzuları Verdinin təsirli musiqisiilə ustalıqla ifadə olunur.
Operanın iki nümayişi Azərbaycan Dövlət Akademik Opera vəBalet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyevinrəhbərliyi ilə İstanbulun Atatürk Mədəniyyət Mərkəzininsəhnəsində böyük uğurla baş tutub. Baş rolları Azərbaycan DövlətAkademik Opera və Balet Teatrının solistləri, Əməkdar artistlərRamil Qasımov (tenor) və İnarə Babayeva (soprano) ifa ediblər.
"İstanbul səhnəsində bu tamaşada iştirak etmək mənim üçün çoxvacib və ilhamverici yaradıcılıq təcrübəsi oldu. Burada xüsusi biratmosfer var - inanılmaz enerjiyə malik zal, diqqətli və emosionaltamaşaçı auditoriyası. Xüsusilə orkestr və səhnə tərəfdaşları iləyüksək səviyyəli əməkdaşlığı qeyd etmək istəyirəm. Biz həqiqətənvahid bir komanda kimi çalışırdıq və hər jestin, hər musiqivurğusunun öz əhəmiyyəti var idi. Belə layihələr təkcə peşəkarinkişaf baxımından deyil, həm də yeni yaradıcılıq stimulunun əldəolunması baxımından böyük önəm daşıyır", - deyə RamilQasımov bildirib.
İnarə Babayeva isə qeyd edib ki, bu tamaşa onun repertuarındaemosional baxımdan ən mürəkkəb səhnə əsərlərindən biridir vəfestival çərçivəsindəki çıxışlar ona rolun dramatik mahiyyətinidaha dərindən açmağa, eyni zamanda beynəlxalq tamaşaçıauditoriyasının reaksiyasını yaxından hiss etməyə imkan verib.
Onlarla birlikdə səhnədə İstanbul Dövlət Opera və Balet Teatrınınaparıcı solistləri, xoru və simfonik orkestri çıxış edib.Azərbaycanlı ifaçıların səhnə tərəfdaşlarından biri teatrın başdirektoru, tanınmış müğənni Caner Akgün olub.
Tamaşaların sonunda tamaşaçılar sənətçiləri ayaqüstə alqışlayaraq, ifanın yüksək səviyyəsini və quruluşun güclü emosional təsirinixüsusi vurğulayıblar.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Habil Qasımov vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
Bakıda su təchizatında müvəqqəti qrafik tətbiq olunur - Siyahı
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
-
“Koroğlu” ətrafında hərəkət sxemi dəyişir - (Foto)
-
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - Yenilənib
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı
-
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
-
Sürücülərin nəzərinə: İsti havada maşında telefon və powerbank saxlamaq təhlükəlidir
-
Azərbaycanda 111 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
-
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
"Yaşasaydı 50 yaşı olacaqdı" - Dostları Cabir İmanovu yad etdilər - (Foto)
-
Bakıda 330 kiloqram çəkisi olan kişini evdən FHN çıxartdı - (Video)
-
Mərdəkanda batan 4 nəfərdən ikisi qardaşdır
-
“Qarabağ” iki qapıçısı ilə vidalaşdı - (Foto)
-
Qubada torpaq sürüşməsi aktivləşdi - Qusarla sərhəd zonada monitorinq aparılır
-
Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
-
İranın mərhum lideri Xamenei iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq
-
AQTA-dan bir qəpiklik yumurta ilə bağlı açıqlama





