Cəmiyyət

Bakıda su təchizatında müvəqqəti qrafik tətbiq olunur - Siyahı

22 İyun 2026 17:27
Baxış: 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tənzimləmə işləri yekunlaşmaq üzrədir, tətbiq olunan müvəqqəti qrafik açıqlanıb.

Milli.Az xəbər verir ki, su anbarlarında qəbul edilən suyun həcminin artırılması və sutəmizləyici qurğuların məhsuldarlığının yüksəldilməsi məqsədilə texniki işlər davam etdirilir. Görülən tədbirlər çərçivəsində suyun verilişində müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bunun nəticəsi olaraq bir sıra rayonların ərazilərində su təchizatında 2-3 saatlıq fasilələr və azalmalar qeydə alınır. Hazırda aparılan tənzimləmə işlərinin yekunlaşmaq üzrə olduğu bildirilir. Mütəxəssislərin iştirakı ilə yaxın 2 gün ərzində su təchizatının sabitləşdirilməsi və normal rejimin bərpası nəzərdə tutulur.

Hazırda qüvvədə olan müvəqqəti qrafik aşağıdakı kimidir:

Xətai rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00

Nizami rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00

Suraxanı rayonunun bəzi ərazilərində: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00

Binəqədi rayonunun bəzi ərazilərində: 06:00-20:00

Nərimanov rayonunun bəzi ərazilərində: 06:00-20:00

Yasamal rayonunun bəzi ərazilərində: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00

Sabunçu rayonunun bəzi ərazilərində: 08:00-12:00, 22:00-02:00

Xəzər rayonunun bəzi ərazilərində: 00:00-12:00

Pirallahı rayonunun bəzi ərazilərində: 08:00-17:00

Nəsimi rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-21:00

Qeyd olunur ki, bəzi ünvanlarda xüsusilə yüksək mərtəbələrə suyun çatdırılmasında çətinliklər daha çox müşahidə edilir. Bu hallarda sukanal idarələri tərəfindən su maşınları vasitəsilə alternativ təminat həyata keçirilir.

Tənzimləmə işlərinin qısa müddətdə və fasiləsiz şəkildə davam etdiyi, su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən anlayış göstərilməsi xahiş olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.