"Yaşasaydı 50 yaşı olacaqdı" - Dostları Cabir İmanovu yad etdilər - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Parni iz Baku" KVN komandasının üzvü, Əməkdar artist Cabir İmanovun 50 illik yubileyi dostları və sənət yoldaşları tərəfindən kədərli paylaşımlarla yad edilib.
Milli.Az xəbər verir ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnib, uzun illər Daxili İşlər Nazirliyində xidmət edərək polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. 1992-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü kimi çıxış edib və komanda ilə birgə KVN çempionu, Yay Kubokunun qalibi və "Əsrin Çempionu" adını qazanıb. 2001-ci ildən isə "Planet Parni iz Baku" KVN Teatrında aktyor kimi fəaliyyətini davam etdirib. O, 2015-ci ildə Əməkdar artist fəxri adına, 2021-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Cabir İmanov 2025-ci il 29 sentyabrda 49 yaşında ürəktutmasından vəfat edib.
Onun 50 illiyi münasibətilə sənət dostları sosial şəbəkələrdə duyğusal mesajlar paylaşıblar.
Xalq artisti Murad Dadaşov mərhumla bağlı paylaşımında yazıb: "Ürəyim Cabir. Cabirsizliyin ilk acı ili".
.jpg)
Əməkdar artist Bəhram Bağırzadə isə Cabir İmanovu geniş və emosional sözlərlə yad edib.
.jpg)
Əməkdar artist Abbas Bağırov da illər əvvəl Cabir İmanovla çəkilmiş görüntülərini paylaşaraq onu belə xatırlayıb:

"Bu gün mənim çox əziz dostumun, heç vaxt unutmayacağım, qəlbimdə daim yaşayacaq bir insanın, Cabir İmanovun 50 illik yubiley günüdür.
Kaş ki, bu günü onunla birlikdə qeyd edə biləydik... Kaş ki, bu gün onun qarşısında dayanıb ad gününü şəxsən təbrik edə biləydim. Amma həyatın yazdığı tale fərqli oldu...
Cabirlə tanış olduğum gündən bu yana artıq 30 ilə yaxın bir zaman keçir. Bu, heç də az müddət deyil. Bu illər ərzində onunla bağlı o qədər gözəl xatirələrim var ki, onları danışmaqla bitirmək mümkün deyil.
"Məhəllə" filminin çəkilişinə dəvət alanda Cabirin o qədər səmimi, o qədər pozitiv və enerji dolu yanaşması oldu ki, heç düşünmədən həmin təklifi qəbul etdim. Və yaxşı ki, etdim. Çünki o gündən sonra mən Cabir İmanovu daha yaxından tanımağa başladım. Onun dostluğa sədaqəti, vəfası, insanlara olan diqqəti, hörməti və sevgisi sözlə ifadə olunacaq qədər sadə deyildi. O, dostluğun nə olduğunu öz davranışları ilə göstərən insanlardan idi. Onun haqqında saatlarla danışmaq olar, amma yenə də deyiləcək sözlər bitməz.
Bəzən düşünürəm ki, Cabirin mənfi xüsusiyyəti nə idi? Və hər dəfə eyni cavabı tapıram: onun mənfi xüsusiyyəti yox idi. Çünki o, daxilən gözəl, ürəyi təmiz, insanlara sevgisi sonsuz olan bir insan idi.Onunla yol yoldaşı olmaq böyük xoşbəxtlik idi. İnsan onunla kilometrlərlə yol getməkdən yorulmazdı. Onu tanıyan da, tanımayan da bir dəfə görüşəndən sonra onu yenidən görmək istəyərdi. Çünki Cabir İmanov insanın qəlbində iz qoymağı bacaran nadir insanlardan idi. Təəssüf ki, bu gün o, aramızda deyil. Amma belə insanlar heç vaxt unudulmurlar. Onlar fiziki olaraq bu dünyadan köçsələr də, xatirələrdə, qəlblərdə və dualarda yaşamağa davam edirlər.
Bu gün sənin 50 illik yubileyindir. Bu yubiley sənsiz qeyd olunur. Amma bil ki, sən bizim üçün həmişə yaşayacaqsan. Sənin dostluğun, xatirələrin, gülüşün və gözəl ürəyin daim bizimlə olacaq.
Ruhun şad olsun, əziz dostum. Səni sevənlərin qəlbində həmişə yaşayacaqsan".
Qeyd edək ki, Cabir İmanov ötən il ürəktutmasından vəfat edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Yaşasaydı 50 yaşı olacaqdı" - Dostları Cabir İmanovu yad etdilər - (Foto)
-
Brilliant Dadaşovanın bacısı və qardaşı əməliyyat olunub
-
Liamın 47 milyonluq mirası kimə qalacaq? - (Foto)
-
"Bu ağrı ömrümün sonuna qədər mənimlə qalacaq" - Bəhram Bağırzadə
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
XƏBƏR LENTİ
-
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - Yenilənib
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı
-
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
-
Sürücülərin nəzərinə: İsti havada maşında telefon və powerbank saxlamaq təhlükəlidir
-
Azərbaycanda 111 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır
-
Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)
-
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
"Yaşasaydı 50 yaşı olacaqdı" - Dostları Cabir İmanovu yad etdilər - (Foto)
-
Bakıda 330 kiloqram çəkisi olan kişini evdən FHN çıxartdı - (Video)
-
Mərdəkanda batan 4 nəfərdən ikisi qardaşdır
-
“Qarabağ” iki qapıçısı ilə vidalaşdı - (Foto)
-
Qubada torpaq sürüşməsi aktivləşdi - Qusarla sərhəd zonada monitorinq aparılır
-
Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
-
İranın mərhum lideri Xamenei iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq
-
AQTA-dan bir qəpiklik yumurta ilə bağlı açıqlama
-
Salyanda iki "Mercedes" toqquşdu - 5 nəfər yaralandı
-
Bakıda zoomağaza açmaq sərfəlidirmi? - ARAŞDIRMA
-
Brilliant Dadaşovanın bacısı və qardaşı əməliyyat olunub





