Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil.
Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır.
"Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram. Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir", - Emin Əmrullayev bildirib.
Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da Trend İnformasiya Agentliyində, APA İnformasiya Agentliyində və "Xəzər TV" televiziya kanalında yayımlanacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İşdən çıxarılan rəisi Elçin Rüstəmov əvəz edəcək
-
Emin Əmrullayev: Dərsliklərdən tutmuş ev tapşırıqlarına qədər – İslahatların hədəfi nədir?
-
Gizem Güven “Taşacak bu deniz”də - (Foto)
-
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
-
Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev
-
Göygöldə maşın aşıb, xəsarət alanlar var
XƏBƏR LENTİ
-
6 min insanın axtardığı balaca qəhrəman: Xizirin cansız bədəni tapıldı
-
İşdən çıxarılan rəisi Elçin Rüstəmov əvəz edəcək
-
Argentina - Avstriya matçının heyətləri açıqlandı
-
Emin Əmrullayev: Dərsliklərdən tutmuş ev tapşırıqlarına qədər – İslahatların hədəfi nədir?
-
Gizem Güven “Taşacak bu deniz”də - (Foto)
-
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
-
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
-
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - (Foto/Video)
-
Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev
-
Göygöldə maşın aşıb, xəsarət alanlar var
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
-
QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək
-
Serialdan qovulan Erdem Kaynarcanın yerinə yeni aktyor - FOTO
-
Dənizdə batan şəxslərdən geriyə qalanlar - (Foto)
-
“Qarabağ”ın heyəti açıqlandı
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
-
Millimiz yoxlama matçları keçirəcək
-
Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin azalıb - İki dəfəyə yaxın geriləmə
-
Bakıda təhsil alan tələbələrin sayı azaldılacaq - Emin Əmrullayev
-
Müəllimlərin maaşı artacaq - Nazir açıqladı
-
Bakıda su təchizatında müvəqqəti qrafik tətbiq olunur - Siyahı
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)





