Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22 iyun tarixində Bakı Olimpiya İdman Kompleksində Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika üzrə yarışlar start götürüb. Yarışda ölkənin müxtəlif idman məktəblərini təmsil edən 60 gimnast iştirak edir. Turnirdə Sumqayıt İOEUGİM, Gəncə UGİM, Şuşa UGİM, Zaqatala UGİM, paytaxtımızı təmsil edən BGM və RKİM-in yetirmələri öz bacarıqlarını nümayiş etdirirlər.
Milli.Az xəbər verir ki, gimnastlar yarış proqramı çərçivəsində alətsiz, lent, halqa, top və gürzlərlə çıxış edərək texniki hazırlıqlarını, çevikliklərini və bacarıqlarını sərgiləyirlər. Yarışın ilk günündə 2015, 2014, 2013, 2012 və 2011-ci il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə mübarizə aparıblar.
Günün yekunlarına əsasən qaliblərin adları açıqlanıb.
2014-cü il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə mükafatlandırılması:
1-ci yer - Ayan Əliyeva (BGM)
2-ci yer - Banu Axundova (RKİM)
3-cü yer - Nərmin Babayeva (BGM)
2015-ci il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə mükafatlandırılması:
1-ci yer - Həcər Həbibbəyli (RKİM)
2-ci yer - Zümrüd Məmmədova (BGM)
3-cü yer - Xanım Rızalı (BGM)
2014-cü il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə mükafatlandırılması:
1-ci yer - Aylin Novruzova (Gəncə UGİM)
2-ci yer - Mədinə Hüseynova (BGM)
3-cü yer - Lalə Novruzova (BGM)
2015-ci il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə mükafatlandırılması:
1-ci yer - Fidan Hüseynli (RKİM)
2-ci yer - Adelina Şiçitikova (BGM)
3-cü yer - Kamilla Bağırova (Şuşa UGİM)
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlar sabah, 23 iyun tarixində davam edəcək və yekun mərhələ ilə başa çatacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
“Sabah” hesabı açdı - Yenilənir - Canlı
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu





