Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemin həllini min illərdir istifadə olunan qədim bir bitkidə - Aşvaqanda-da tapıb.
Milli.Az xəbər verir ki, Aşvaqanda (digər adı ilə Hindistan Jenşeni) Hindistan, Afrika və Avropanın bəzi yerlərində yetişən və min illərdir Ayurvedik təbabətdə istifadə olunan bir bitkidir. Bədənin stresə qarşı müqavimətini artıran və həm fiziki, həm də zehni rahatlıq bəxş edən güclü bir "adaptogen"dir.
Aşvaqanda yuxu keyfiyyətini necə artırır?
Sintetik dərmanlardan fərqli olaraq, Aşvaqanda bədəni məcburən yuxuya salmır, yuxuya keçid üçün lazım olan təbii biokimyəvi mühiti hazırlayır:
Beyindəki aşırı aktivliyi və "zehni səs-küyü" azaldaraq, beynin daha sakit bir hala keçməsinə kömək edir.
Yuxusuzluğun əsas səbəbi olan kortizol hormonunun səviyyəsini tarazlayır. Axşam saatlarında kortizolun təbii yolla azalması yuxuya keçidi sürətləndirir.
Yaddaşı və diqqəti gücləndirir.
Xroniki yorğunluğu azaldır və enerjini artırır.
Əzələ gücünü və fiziki dözümlülüyü artırır.
Anksiyete (həyəcan) və depressiya əlamətlərini yüngülləşdirməyə kömək edir.
İstifadə zamanı diqqət edilməli olanlar:
Hər hansı bir əlavə istifadə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Adətən gündəlik 500-600 mq arası dozaj tövsiyə olunur.
Təsirini görmək üçün orta hesabla 8 həftəlik istifadə tövsiyə edilir, lakin uzunmüddətli, fasiləsiz istifadəsi hələ tam araşdırılmayıb.
Kimlərə olmaz? Hamilələr, süd verən analar, qalxanabənzər vəzi (tiroid) xəstələri, prostat xəstələri və otoimmün xəstəliyi olanlar bu bitkidən istifadə etməməlidirlər. Çünki bu bitki bəzi dərmanlarla reaksiyaya girə bilər.
Bu məlumatlar yalnız məlumatlandırma xarakterlidir və həkim məsləhəti əvəz etmir. Sağlamlığınızla bağlı hər hansı bir addım atmadan əvvəl mütəxəssisə müraciət edin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)





