İdman

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib

23 İyun 2026 23:07
Baxış: 1 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start verilib.

Milli.Az xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Portuqaliya matça qolla başlayıb. 6-cı dəqiqədə Kriştiano Ronaldo hesabı açıb.

17-ci dəqiqədə fərq iki topa çatıb. Nuno Mendeş cərimə zərbəsindən fərqlənib.

39-cu dəqiqədə Portuqaliyanın superulduzu Ronaldo yenidən səhnəyə çıxıb. 41 yaşlı futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub.

Avropalılar bundan sonra daha 2 dəfə də fərqləniblər. Nematovun avtoqolu, Leaonun qolu hesabı 5:0 edib.

Görüş bu hesabla başa çatıb.

Dünya çempionatı
K qrupu, II tur
23 iyun
21:00. Portuqaliya - Özbəkistan 5:0

Qol: K. Ronaldo, 6, 39, N. Mendeş, 17, Nematov, 60 (ö.q), R. Leao, 87

Portuqaliya: Dioqo Koşta, Joao Kanselo, Ruben Diaş, Renato Veyqa, Nuni Mendeş, Joao Neveş, Vitinya, Pedro Neto, Bruno Fernandeş, Joao Feliks, Kriştiano Ronaldo

Özbəkistan: Abduvaxid Nematov, Abdukodir Xusanov, Abdulla Abdullayev, Rustamjon Aşurmatov,Behruzjon Karimov, Odiljon Xamrobekov, Otabek Şukurov, Şerzod Nasrullayev, Abbosbek Fayzullayev, Azizjon Qaniyev, Eldor Şomurodov

--------------

DÇ-2026-nın K qrupunun 2-ci turu çərçivəsində keçiriləcək Portuqaliya - Özbəkistan oyunu üçün heyətlər müəyyənləşib.

Milli.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça aşağıdakı futbolçularla çıxacaqlar:

Portuqaliya: 1 Dieqo Koşta, 3 Ruben Diaş, 13 Renato Veyqa, 20 Joao Kanselo, 25 Nunu Mendeş, 8 Bruno Fernandeş, 15 Joao Neveş, 23 Vitinya, 7 Kriştiano Ronaldo, 11 Joao Feliks, 18 Pedro Neto

Ehtiyat oyunçular: 12 Joze Sa, 22 Rui Silva, 2 Nelson Semedu, 4 Tomaş Araujo, 5 Dioqu Dalot, 14 Qonsalo Inasio, 24 Samu Koşta, 6 Mateus Nunes, 10 Bernardo Silva, 21 Ruben Neveş, 9 Qonsalo Ramos, 16 Fransisko Trinkao, 17 Rafael Leao, 19 Qonsalo Gedeş, 26 Fransisko Konseysao

Özbəkistan: 12 Abduvohid Nematov, 2 Abdukodir Khusanov, 5 Rustam Ashurmatov, 13 Sherzod Nasrullaev, 18 Abdulla Abdullaev, 24 Behruzjon Karimov, 7 Otabek Shukurov, 9 Odiljon Xamrobekov, 19 Azizjon Ganiev, 22 Abbosbek Fayzullaev, 14 Eldor Shomurodov

Ehtiyat oyunçular: 1 Utkir Yusupov, 16 Botirali Ergashev, 3 Khojiakbar ALIJONOV, 4 Farrukh Sayfiev, 15 Umar Eşmurodov, 25 Avazbek Ulmasaliyev, 26 Jakhongir Urozov 6 Akmal Mozgovoy, 8 Jamshid İsganderov, 10 Ruslanbek Jıyanov, 11 Oston Urunov, 17 Dostonbek Khamdamov, 23 Sherzod Esanov, 20 Azizbek Amonov 21 İqor Sergeev

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.