Hadisə

Fuad Hüseynov həbs edildi

24 İyun 2026 10:21
Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloger adı altında  hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

Milli.Az xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş "Regionxeber" və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial media hesablarını və səhifələri idarə edən 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Fakta görə cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.