Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.
MÜTDA-dan Milli.Az-a verilən xəbərə görə, namizədlər 6 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, xüsusi proqram təminatı vasitəsilə müsabiqə əsasında həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər növbəti mərhələ olan müsahibəyə dəvət ediləcəklər.
Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıqla çağırılacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan müvafiq komissiyalar tərəfindən aparılacaq.
Müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və kommunikasiya, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar üzrə qiymətləndiriləcəklər.
Müsabiqənin nəticələri barədə hər bir namizəd "Şəxsi səhifə" vasitəsilə məlumat əldə edə biləcək.
Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
XƏBƏR LENTİ
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - (Foto)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - (Foto)
-
Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - (Foto)
-
Yol polisi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto)
-
Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - (Foto)
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)





