Balın xarlaması onun saxta olması demək deyilmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Evdə şkafın arxasında unudulmuş balı tapanda çox vaxt dibinin ağardığını, bulanıqlaşdığını və qaşığa götürəndə axıcı deyil, nahamar formada olduğunu görürük.
Balın xarlaması tək başına onun saxta olduğunu göstərmir. Çox vaxt bu, balın xarab olması və ya ona kənardan şəkər qatılması deyil, balın təbii quruluşundan qaynaqlanan kristallaşma prosesidir. Lakin, "xarlanan bal mütləq həqiqidir" demək də yanlışdır.
Bal çox az su, amma çox yüksək miqdarda şəkər (əsasən qlükoza və fruktoza) ehtiva edir. Qlükoza münasib şəraitdə balın maye hissəsindən ayrılaraq kiçik kristallar yaratmağa meyillidir. Balın içindəki tozcuq dənələri, mum qırıntıları və ya gözlə görülməyən kiçik hissəciklər bu kristallaşmanın başlaması üçün bir nöqtə rolunu oynayır.
Xarlamaya nə təsir edir?
Qlükoza nisbəti yüksək olan ballar daha tez şəkərlənir.
Balı çox soyuq yerdə saxlamaq kristallaşmanı sürətləndirə bilər.
Süzgəcdən keçirilməyən və ya yüksək istilik görməyən ballar kristallaşmaya daha yatqındır.
"Əsl bal xarlanır" fikri nə qədər doğrudur?
Bu, tamamilə uydurma deyil, çünki təbii balların böyük bir qismi zamanla kristallaşır. Lakin bunu balın keyfiyyət testi kimi qəbul etmək olmaz. Saxta balı da müəyyən üsullarla şəkərləndirmək mümkündür. Balın həqiqiliyini onun pütürünə baxaraq deyil, etibarlı istehsalçıya, etiketinə və laboratoriya analizlərinə baxaraq müəyyən etmək olar.
Kristallaşma ilə xarab olmanı qarışdırmayın
Kristallaşmış balı yemək olar, o xarab olmayıb. Lakin əgər balın qapağını açanda ekşimiş, alkoqol iyi gəlirsə və ya səthində köpüklənmə varsa, bu, fermentasiya (xarab olma) əlamətidir. Belə balı yemək olmaz.
Şəkərlənmiş balı necə düzəltmək olar?
Kristallaşmış balı əvvəlki axıcı formasına qaytarmaq istəyirsinizsə, ən təhlükəsiz üsul "benmari" üsuludur (bankanı ilıq suyun içində yavaş-yavaş isitmək). Onu birbaşa ocağa qoymaq və ya mikrodalğalı sobada isitmək olmaz, çünki yüksək istilik balın tərkibindəki faydalı maddələri və ətrini məhv edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
XƏBƏR LENTİ
-
Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)





