ADY: Bakı-Tbilisi reysində biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır.
Milli.Az xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Bakı marşrutuna yüksək tələbat olduğundan biletlər satışa çıxarılandan qısa müddətdə satılır: "Sərnişinlər həm kassalar, həm mobil tətbiq, həm də rəsmi saytdan eyni satış bazasına çıxış əldə edirlər. Bütün satış kanalları eyni sistem üzərindən işləyir. Onu da bildirim ki, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır".
A.Fərəcov qeyd edib ki, biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir: "Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Hazırda biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur. Əgər belə bir fakt aşkar edilsə, təbii ki, bunu ilk araşdıran tərəf ADY olacaq.
Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Bundan əvvəl bir şəxs özü ilə birlikdə 8 nəfərə və əlavə olaraq yer tutmayan 5 yaşa qədər 8 nəfər uşağa bilet ala bilirdisə, bu rəqəm 4 nəfərə qədər azaldılıb. Burada əsas məqsədi daha çox sərnişinə bilet alışı üçün bərabər imkan yaratmaqdır.
Əlavə olaraq bildirim ki, yüksək tələbatla əlaqədar iki və daha çox sərnişin eyni anda eyni yer üzrə bilet alışını həyata keçirmək istədikdə prosesi ən tez tamamlayan şəxs bileti əldə edə bilir, bu məqamda digər şəxsin kartından pul tutulubsa, geri qaytarılır".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
-
Yasamalda məşhur restoran bağlandı
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı





