Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Formalaşmaqda olan uşaq pəncəsinin normal inkişafı üçün Crocs tipli ayaqqabılar uyğun hesab edilmir".
Milli.Az xəbər verir ki, bu sözləri pediatr-nevroloq Nurəngiz Hacıyeva bildirib.
Onun sözlərinə görə, sintetik materialdan hazırlanan bu ayaqqabılar ayaqda tərləmə və nəmli mühit yarada bilər. Bu isə uzun müddətli istifadədə göbələk infeksiyalarının yaranması riskini artırır.
N.Hacıyeva qeyd edib ki, Crocs ayaqqabıları ayağı tam şəkildə sabitləmədiyi üçün ayaq qövsünə kifayət qədər dəstək verməyə bilər:
"İnkişaf dövründə olan uşaqlarda düzgün biomexanikanın pozulması pəncə deformasiyalarına, həmçinin barmaq oynaqlarında iltihabi proseslərin yaranmasına səbəb ola bilər".
Mütəxəssis xüsusilə arxa qayışdan istifadə edilmədikdə ayağın ayaqqabı daxilində sürüşdüyünü və bunun oynaqların zədələnməsi riskini artırdığını vurğulayıb.
Bildirib ki, Crocs uzun məsafəli gəzintilər üçün də uyğun deyil. İzah edib ki, ayaqqabının içi boş olur və ayağı kifayət qədər möhkəm saxlamaması nəticəsində uşaq yeriyərkən əlavə güc sərf edir:
"Bu da ayaq, diz və bel nahiyəsinə artıq yük düşməsinə səbəb ola bilər".
Həkim uşaqların qaçış zamanı da zədə alma ehtimalının yüksəldiyini, ayağın kifayət qədər sabit saxlanmaması səbəbindən burxulma riskinin artdığını qeyd edib. O, həmçinin yaş və hamar səthlərdə bu tip ayaqqabıların sürüşmə təhlükəsi yaratdığını diqqətə çatdırıb:
"Odur ki, nəinki uşaqlarda, hətta böyüklərin də bu ayaqqabıları istifadə etməsini məsləhət görmürəm".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)





