Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
Avropa Parlamentinin qərarını yalnız bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas adlandıra bilərik.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təəssüflər ki, Avropa Parlamenti tərəfindən belə bir siyasət yürüdülür:
"Birinci onu qeyd edək ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur.
İkincisi, Avropa Parlamenti bir təsisat olaraq bu kimi məsələlərdə mövqe bildirməyə xüsusi mandatı olan təşkilat da yoxdur. Bu məsələdə açıq demək lazımdır ki, Avropa İttifaqının parlament institutuna kim tərəfindən və yaxud da hansı dövlətlər tərəfindən belə bir mandat verilib ki, onlar Avropa İttifaqının hüdudları xaricində olan bölgələr və yaxud da ölkələr, onların problemləri haqqında belə bir fikirlərlə çıxış etsinlər? Ona görə də bütövlükdə bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur.
Amma bu nəyin göstəricisidir? Azərbaycan Respublikası bölgədə davamlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Gördüyünüz kimi, Ermənistan-Azərbaycan normallaşma prosesində sülhün iqtisadi faydalarının formalaşması istiqamətində, Ermənistanın enerji təhlükəsizliyinə töhfə istiqamətində Azərbaycan tərəfindən ciddi addımların atıldığı şəraitdə və Azərbaycan Respublikası Baş nazirinin müavininin Ermənistana səfərindən bir gün keçməmiş Avropa İttifaqı tərəfindən belə bir rüsvayçı, diplomatik rüsvay adlandırıla biləcək qətnamə qəbul edilir.
Bununla da Avropa İttifaqı Parlamentində olan bu şəxslər başa düşməlidirlər ki, onlar bilavasitə sülh prosesinə əngəl yaradırlar. Onların törətdiyi addımları biz pozuculuq, provokasiya və regionu yenidən müharibələrə, gərginliklərə sürükləmək addımı kimi biz bunu qiymətləndirə bilərik. Və bu Ermənistanla Azərbaycan - gördüyünüz kimi bu günləri hər iki dövlət Vaşinqton sammitində qəbul edilmiş qərarların ruhuna uyğun olaraq addımlar atır".
H.Hacıyev vurğulayıb ki, burada təşəbbüs məhz Azərbaycan Respublikasının əlindədir, ölkəmiz sülh gündəliyini irəli aparır:
"Amma yenə də təəssüflə qeyd etməliyik ki, Avropa Parlamenti tərəfindən belə addımların atılmasıdır. Və bu azərbaycanofob, islamofob təfəkkürlə çıxış eləyən müxtəlif siyasi qruplaşmalardır ki, bu mövqedə dururlar.
Təkrar qeyd edim ki, bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur, amma yenə də biz diplomatik kanallarla bu məsələdə öz qəti mövqeyimizi bildirdik. Azərbaycan Respublikasının Milli Məclisindən bu gün mətbuata verilmiş məlumatda bu öz təsdiqini tapdı ki, Avropa Parlamenti ilə bütün əlaqələri dayandırdılar. Bu bütövlükdə o sualınızla da mən razıyam ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə də vurulmuş bir zərərdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır - (Video)
-
Tramp: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram
-
Tramp şikayətləndi: Uşağını məndən çox sevir, qəzəbliyəm
-
Azərbaycanın səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib - (Foto)
-
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
-
Azərbaycanla Türkmənistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
XƏBƏR LENTİ
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
-
Azərbaycanda xarici onlayn xidmətlərə vergi tələbi qüvvəyə mindi
-
Gədəbəydə ağır qəza: Niva yoldan çıxaraq aşıb
-
Məşhurların ölümündən sonrakı “macəraları” – MÜƏMMA davam edir
-
Makaronun yapışmaması üçün sadə üsul
-
Bu bitki stressi və qan şəkərini azaltmağa kömək edə bilər
-
Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi
-
Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
-
Maşında ürəkbulanmanın yaranma səbəbi
-
Bu restoranda hər şey baş-ayaqdır: Nə masası var, nə də qapısı...
-
Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş
-
2026-cı ilin noyabrı dünyanın sonudur! - Alimlər 66 il əvvəl niyə belə düşünüb?
-
Dabanınız çatlayırsa, bunu edin
-
Braziliyada alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
-
"Zirə" evdə "İmişli"ni məğlub edib
-
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
-
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov
-
Anxel Di Mariya buna görə karyerasını bitirmək istəyir
-
Fənərbaxça”dan Taliska açıqlaması
-
İsmayıllıda göldə bacı-qardaş batıb
-
8 il sonra eyni serialda çəkiləcəklər
-
"Şəfa" "Qəbələ"yə qalib gəldi





