Azərbaycanda mağazalar BAĞLANIR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya təcrübəsində də ənənəvi ticarət tədricən zəifləyir və yerini getdikcə daha çox onlayn ticarətə verir. Son 10-15 ildə bu tendensiya daha da güclənib. İstehlakçılar artıq onlayn alış-verişə üstünlük verir və bu da mağazaların dövriyyəsinin azalmasına səbəb olur.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli onlayn və ticarət arasında rəqabət məsələsindən danışarkən deyib.
O bildirib ki, bu prosesə qarşı çıxmaq yox, uyğunlaşmaq daha düzgün yanaşmadır:
"Əsas məsələ müştəri məmnuniyyətidir. Əgər vətəndaş onlayn mühitdə daha ucuz və keyfiyyətli məhsul əldə edə bilirsə, bu sahənin inkişafı qaçılmazdır və dəstəklənməlidir.
Həmçinin fiziki mağazaların saxlanılması ciddi xərclər tələb edir. İcarə, kommunal xərclər və digər əməliyyat yükü ənənəvi ticarəti daha baha edir. Bu səbəbdən gələcəkdə bir çox mağazanın ya bağlanması, ya da xidmət və əyləncə mərkəzlərinə çevrilməsi mümkündür. Azərbaycan sahibkarları da bu dəyişikliklərə hazır olmalıdır. Ənənəvi ticarətlə məşğul olanlar onlayn platformalara inteqrasiya etməli, satışlarını internet üzərindən qurmağı bacarmalıdırlar. Bu, həm xərcləri azaldacaq, həm də müştəriyə daha rahat xidmət imkanı yaradacaq".
Ekspert vurğulayıb ki, bəzi sahələrdə fiziki mağazalara ehtiyac qalacaq:
"Məsələn, bəzən geyim və ayaqqabı alışında müştərilər məhsulu sınaqdan keçirmək istəyir. Bu baxımdan butik tipli mağazaların bir qismi fəaliyyətini davam etdirəcək.
Nəticə etibarilə, ənənəvi ticarətçilər fəaliyyətlərini optimallaşdırmalı və rəqəmsal platformalara keçidi sürətləndirməlidir.Əks halda, bazarda rəqabət daha da sərtləşəcək və mağazaların bağlanması halları artacaq. Qeyd edim ki, artıq bir çox sahibkar bu istiqamətdə addımlar atmağa başlayıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
TƏBİB-in tibb müəssisələrinə yeni rəhbər TƏYİNATLARI - KİMLƏRDİR?
-
Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar BAĞLANIR
-
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN
-
Ölkədə bu ənənə ləğv EDİLİR?
-
Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO
-
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
XƏBƏR LENTİ
-
Dəbdəbəli bağ evini GÖSTƏRDİ: “Röya ilə qonşuyam” - VİDEO
-
Tanınmış müğənni vəfat etdi - FOTO
-
Premyer Liqa mövsümünün ən pis 10 TRANSFERİ
-
TƏBİB-in tibb müəssisələrinə yeni rəhbər TƏYİNATLARI - KİMLƏRDİR?
-
Kamaləddin Qafarov: “Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır”
-
Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar BAĞLANIR
-
Milli Məclisin növbəti plenar iclası keçirilir
-
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN
-
İsrail BƏƏ-yə müasir silah sistemləri göndərib
-
"Sofiya"canlı orkestrlə mahnı ifa etdi - VİDEO
-
O verilişlərin bağlanmasını istəyənlərə belə CAVAB VERDİ
-
Ölkədə bu ənənə ləğv EDİLİR?
-
Türkiyədə sərnişin avtobusu aşdı: Ölənlər və yaralananlar var - FOTO
-
Günlər 24 yox, 16 saat olub - İDDİA
-
Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO
-
“Fənərbağça” dünya ulduzunu TRANSFER EDİR
-
Trampa sui-qəsdin yeni görüntüləri yayıldı - VİDEO
-
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
-
Əməkdar artist: "Bunu etsəm, ölərəm"
-
May ayı BÜRClərə bunu vəd edir - Kim qazanacaq, kim itirəcək?
-
Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq - SƏBƏB
-
Kəlbəcərdə ayı peyda oldu - ANBAAN VİDEO
-
Sabah son oyununa çıxacaq - 40 yaşında karyerasını BİTİRİR
-
İstanbulun əsas küçələri bağlandı - SƏBƏB





