"Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19" - Gənc qızın anası DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Bakıda ötən gün 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib.
Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı T.B. isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib.
Milli.Az məsələ ilə bağlı 2012-ci il təvəllüdlü qızın anası ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, qız evdən qaçıbmış: "Mənim ürəyim qan ağlayır. Bu uşaq dəfələrlə evdən qaçıb. Neçə dəfə tutub gətirmişik, yenə bu hərəkət təkrarlanıb. Qabaq bir dəfə qaçanda Abşeron rayonunda axtarışa vermişdim, tapıb gətirdilər. Ondan sonra daha polisə müraciət etmədim. Hər dəfə gedib hamını narahat etmək istəmirəm".
Anasının dediyinə görə, qızı ilə bir müddət qabaq danışıb. Onu evə qaytarmaq üçün dilə tutub. Amma qızı dinləməyib: "Dedim, ay bala, evə gəl, sənin yerin, yurdun haradadır?! Mənim başqa uşaqlarım da var, amma bu uşaq fərqlidir. Mənə qulaq asmır. Atası da gözdən əlildir".
Yeniyetmənin anası qızının günahlandıranlara da səslənib: "Oğlanın yaxınları qızımı günahlandırır. Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19. Niyə bunu demirlər?! Mən artıq heç nə demirəm, özünüz görürsünüz".
Qeyd edək ki, yeniyetmə T. B. bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün saxlanılmışdı.
Daha öncə bloger Nail Kəmərlinin həmin yeniyetmə ilə söhbətinin videonusu yayımlamışdı. Həmin videodan sonra qız gözəlliyinə görə populyarlaşmışdı./News24.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qazaxda ağır qəza - 3 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
Bakıda qəzada ölən kuryer son mənzilə belə yola salındı - (Video)
-
“Range Rover gətirəcəyəm” deyib 261 min manat aldı - Saxlanıldı
XƏBƏR LENTİ
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Qazaxda ağır qəza - 3 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)





