Dünya

Trampa sui-qəsdin yeni görüntüləri yayıldı - VİDEO

1 May 2026 10:26
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vaşinqton prokuroru ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi mətbuat nümayəndələri üçün təşkil olunan təntənəli şam yeməyində baş verən hücum anının yeni videogörüntülərini yayıb.

Milli.Az xəbər verir ki, bu barədə hadisənin istintaqını aparan Janin Pirro X hesabında məlumat yayıb.

Yayımlanan videoda Koul Allen adlı şəxsin Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmət əməkdaşını güllələdiyi anlar yer alıb.

Bildirilib ki, təhlükəsizlik xidmətinin nümayəndəsi yaralansa da, onu ölümdən zirehli jilet xilas edib.

Tramp həyat yoldaşı və digər rəsmilərlə birlikdə zalı xəsarətsiz tərk edə bilib, tədbir yarımçıq dayandırılıb və məkan təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.