Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinə məhdudiyyətlərin tətbiqi yeni tikililərdə mənzil qiymətlərinə müəyyən təsir göstərə bilər. Yeni qərara əsasən çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız azmərtəbəli yaşayış binalarında (5 mərtəbəyə qədər), qaz təchizatı olmayan ərazilərdə, istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulan mənzillərdə icazə verilir.
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmli bildirib ki, bu qərarın nəticəsində kvadratmetr üzrə təxminən 30 manatdan 120 manata qədər bahalaşma mümkündür.
"Məbləğ binanın mərtəbə sayı, layihə tipi, istifadə olunacaq istilik sistemi və tikinti şirkətinin xərc siyasətindən asılı olacaq. Ən aşağı artım ekonom seqment binalarda müşahidə oluna bilər və burada əlavə xərcin 30-50 manat civarında olması gözlənilir. Orta seqment yaşayış komplekslərində bu rəqəm 50-80 manat, premium layihələrdə isə 80-120 manata və daha yuxarı səviyyəyə çata bilər".
Ekspert qeyd edib ki, bahalaşmanın əsas səbəbi mərkəzi istilik sistemi üçün əlavə avadanlıq və infrastrukturun qurulmasıdır.
"Buraya qazanxana, boru xətləri, nasoslar, avtomatika sistemləri, texniki otaqlar və layihələndirmə xərcləri daxildir.Məsələn, hazırda mənzilin satış qiyməti 2500 manat olan bir binada kvadratmetr üzrə 50 manat artım olarsa qiymət 2550 manata, 100 manat artım olarsa 2600 manata yüksələ bilər. Bu isə 100 kvadratmetrlik mənzil üçün ümumilikdə 5000-10000 manat əlavə xərc deməkdir. Ümumilikdə, bu qərarın bazarda kəskin qiymət sıçrayışı yaratması gözlənilmir. Lakin xüsusilə yeni tikilən binalarda kvadratmetr qiymətlərində hiss olunan artım baş verə bilər", - deyə ekspert qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





