İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağında qurumun prezidenti seçilib.
Milli.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bu gün nazirliyin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
İclasın gündəliyi təsdiq edildikdən sonra 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra "Azərbaycan Tennis Federasiyası" İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.
Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. (oxu.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var
-
“Sabah”ı Çempionlar Liqasında hansı rəqiblər gözləyir? - TAM SİYAHI
-
Röyanın geyimi müzakirə yaratdı - VİDEO
-
Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi - YENİLƏNİB
-
Nəm salfet məktəbdə problemə səbəb oldu - DİN hərəkətə keçdi
-
Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - FOTO
-
Səxavət Məmmədzadəyə vəzifə verildi
-
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
-
Trampla bağlı iddialar artır
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - VİDEO - FOTO
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı





