Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 1-də Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Milli.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdi.
Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla, İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.
İslam Səfərli küçəsi ilə kəsişən 8 küçədə, eyni zamanda, Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yerinə yetirilib. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Bu küçələrdə su və çirkab sularının axıdılması xətləri tamamilə yenilənib, qaz xətləri yeraltı sistemlə əvəzlənib. Bundan başqa, küçələrdə yerləşən müxtəlif təyinatlı binalarda yenidənqurma və bərpa işləri görülüb, sakinlərin və şəhərimizin qonaqlarının istirahəti üçün lazımi şərait yaradılıb, oturacaqlar qoyulub, geniş yaşıllaşdırma işləri həyata keçirilib.
Layihənin icrası piyadalar üçün Fəvvarələr meydanından birbaşa Qış parkına çıxış imkanı yaradır. Burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələri də mövcuddur. Bu isə ərazinin istər yerli sakinlər, istərsə də qonaqlar üçün cəlbediciliyini daha da artırır.
Avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi ərazidəki mağaza, kafe və restoranların fəaliyyətinə müsbət təsir edəcək, kiçik bizneslər üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, bu gün paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının sosial infrastrukturunun müasirləşdirilməsi, sakinlərin və şəhərə gələn qonaqların rahatlığının təmin edilməsi istiqamətində indiyədək ardıcıl tədbirlər görülüb və bu layihələr hazırda da davam etdirilir. Təsadüfi deyil ki, paytaxtımıza gələn qonaqlar şəhərin gözəlliyinə, təmizliyinə valeh olduqlarını həmişə vurğulayırlar. Bakıda müasir şəhərsalma tendensiyalarına uyğun atılan addımların tərkib hissəsi olan mikromobillik həllərinin uğurla icrası, avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi həm sakinlərin, həm də turistlərin rahatlığına xidmət edir. İnsanların sıx olduğu yerlərdə belə layihələrin icrası, eyni zamanda, son dövrlərdə həyata keçirilən şəhərsalmayönümlü planlaşdırmaya da töhfə verir. Beləliklə, paytaxtın davamlı inkişaf strategiyasının mühüm elementi olan bu addımlar Bakının həm müasir, həm də piyadalar üçün rahat şəhər kimi inkişafında xüsusi rol oynayır./AZƏRTAC
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq





