Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər.
Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sıra ölkələrdə, alternativ hərbi xidmət və ya ödənişli xidmət növü mövcuddur.
Məsələn, qardaş Türkiyədə ödənişli hərbi xidmət növü var. Hazırda orada ödənişli əsgərliyin məbləği 417 min TL və ümumilikdə hərbi xidmət müddəti 32 gün təşkil edir. Dünyada ödənişli əsgərlik və ya alternativ xidmət Türkiyə, Avstriya, Finlandiya və İsveçrə kimi ölkələrdə fərqli üsullarla qüvvədədir.
Azərbaycanda isə bu istiqamətdə müzakirələr aparılmasına baxmayaraq, hələ ki, yeni bir qərar öz təsdiqini tapmayıb. Ümumiyyətlə, Azərbaycanda ödənişli əsgərlik tətbiq edilə bilərmi?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Cebheinfo.az-a bildirib ki, Azərbaycanda alternativ hərbi xidmət olmalıdır və olacaq:
"Sadəcə olaraq bizdə hələlik bu məsələyə diqqət yetirmək istəmirlər. Bizdə "Alternativ hərbi xidmət haqqında" Qanun qəbul olunmalıdır. Hələ 1990-cı ildə bu məsələ gündəmdə olsa da, öz həllini tapmadı. 2020-ci ildən Qarabağ məsələsi həll olunub.
Sadəcə bizim millət vəkilləri müxtəlif sənədləri müzakirə etsələr də, "Alternativ hərbi xidmət haqqında" Qanuna fikir bildirmirlər. Alternativ hərbi xidmət olacağı təqdirdə ödənişli xidmətə də baxıla bilər.
Məsələn, mən ali təhsil alıramsa, toplantılara cəlb edirlər, əqidəm imkan vermirsə, ödəniş edirəm və alternativ hərbi xidmət keçirəm. Sadəcə bu istiqamətdə məsələni müzakirə etmək istəmirlər.
Bir sıra ölkələrdə, Gürcüstanda, qardaş Türkiyədə təcrübə var ki, hərbi xidmətlə bağlı müəyyən ödəniş edir, həmin vəsait hərbinin və yaxud güc strukturunun tələbatını ödəyir. Sadəcə olaraq bunu reallaşdırmaq lazımdır.
Ancaq qanunvericilik orqanı və yaxud müvafiq güc strukturlarının rəhbərləri nədənsə özlərinə əziyyət vermək istəmir". Ekspert bildirib ki, mütləq Azərbaycanda da bu barədə qanun olacaq:
"Ancaq nə qədər tez olsa, bir o qədər yaxşıdır. Mən şəxsən bunun tərəfdarıyam".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
-
Trampla bağlı iddialar artır
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - FOTO
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
-
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
"Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqlı qərardır"
-
Həyət evlərinin qarşısındakı sahələr kimə məxsusdur?
-
Azərbaycanın valyuta ehtiyatları 12,6 milyard dolları keçdi
-
"Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…
-
Bakıda psixiatriya mərkəzindən xəstələr qaçıb? - RƏSMİ AÇIQLAMA





