"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
"Aprelin 30-da Avropa Parlamenti növbəti dəfə Azərbaycan əleyhinə qətnamə qəbul edib və bu, artıq sayca 13-cü belə sənəddir. Bu məsələ ilə bağlı Milli Məclisdə geniş müzakirələr keçirildi və parlamentin bəyanatı qəbul olundu. Həmin bəyanatda Avropa Parlamentinin anti-Azərbaycan siyasəti kəskin şəkildə pislənildi və qaldırılan məsələlərin heç birinin həqiqəti əks etdirmədiyi vurğulandı".
Bu sözləri Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının üzvü olmadığından bu qurum qarşısında hər hansı öhdəlik daşımır:
"Avropa Parlamentinin bu addımı Azərbaycanın daxili işlərinə qarışmaqdır və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir".
Deputat qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın mövqeyi diplomatik kanallarla da qarşı tərəfə çatdırılıb:
"Azərbaycan Xarici İşlər Nazirliyinə Avropa İttifaqının ölkəmizdəki səfiri dəvət olunub və rəsmi etiraz bildirilib. Bu cür qərarların ikitərəfli münasibətlərə ciddi maneə törətdiyi diqqətə çatdırılıb".
E.Nəsirov əlavə edib ki, Milli Məclisin bu günki bəyanatında Avropa İttifaqı ilə parlamentlərarası əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən komitənin işi də dayandırılıb:
"Mən də həmin komitənin üzvüyəm və bu sənədə öz etirazımızı bildirmişik".
Deputat Avropa Parlamentini korrupsiya qalmaqalları fonunda tənqid edib.
"Bu təşkilat getdikcə daha çox korrupsiyalaşır. Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb. 2022-ci ildə baş verən "Qatargate".hadisəsini heç kim unutmayıb. Avropa Parlamentinin 14 vitse-prezidenti var və onlardan biri bu işdə ittiham edilmişdi".
Onun fikrincə, son qətnamədə Azərbaycana qarşı səsləndirilən ittihamlar əsassızdır:
"Qarabağla bağlı irəli sürülən iddialar, guya Azərbaycanın erməniləri zorla köçürməsi, hərbi cinayətlər törətməsi, dini və mədəni irsi dağıtması kimi fikirlər tamamilə saxtadır".
Deputat vurğulayıb ki, Azərbaycan dövləti və cəmiyyəti bu kimi yanaşmaları qəti şəkildə rədd edir:
"Parlament və Xarici İşlər Nazirliyi öz mövqeyini açıq şəkildə ortaya qoydu. Hesab edirəm ki, Avropa Parlamenti bu məsələlərə yenidən baxmalıdır. Əks halda bu yanaşma regionun aparıcı dövləti olan Azərbaycanla münasibətlərə zərbə vurur və bu, Avropa İttifaqının region siyasəti ilə də ziddiyyət təşkil edir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib





