Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.
DİN-dən Milli.Az-a verilən məlumata görə, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev "sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi" barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
Bakıda psixiatriya mərkəzindən xəstələr qaçıb? - RƏSMİ AÇIQLAMA
-
7788.8 hektar ərazi minalardan təmizlənib
-
Dünənki partlayışda xəsarət alan həkimin ölüm xəbəri yalan İMİŞ - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
XƏBƏR LENTİ
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
-
Trampla bağlı iddialar artır
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - FOTO
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
-
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
"Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqlı qərardır"
-
Həyət evlərinin qarşısındakı sahələr kimə məxsusdur?
-
Azərbaycanın valyuta ehtiyatları 12,6 milyard dolları keçdi
-
"Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…
-
Bakıda psixiatriya mərkəzindən xəstələr qaçıb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda obyekt açmaq üçün hansı sənədlər tələb OLUNUR?
-
7788.8 hektar ərazi minalardan təmizlənib





