Mədəniyyət

“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO

30 Aprel 2026 17:28
Baxış: 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagird və müəllimlərinin iştirakı ilə "Beynəlxalq Rəqs Günü"nə həsr olunmuş "Rəqsin sehrində" adlı konsert proqramı keçirilib.

Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynovanın çıxışı ilə açılıb. O, rəqs sənətinin formalaşmasında və inkişafında mühüm rol oynamış görkəmli rəqqasların əməyini xüsusi vurğulayaraq rəqs dünyasının bütün təmsilçilərini Beynəlxalq Rəqs Günü münasibətilə ürəkdən təbrik edib.

Tədbirin aparıcısı, musiqişünas Nərgiz Kərimova rəngarəng təqdimatı, əsrarəngiz ssenarisi, rəqs mövzusunda yazdığı poetik şeirləri və müxtəlif xalqların rəqslərinin bədii ruhunu əks etdirən çıxışları ilə konsert proqramını daha da zənginləşdirib.

Təqdim olunan bütün rəqslər məktəbin Xoreoqrafiya şöbəsinin müəllimləri - Əməkdar artist Tamilla Əliyeva, Səbinə İsmayılova və Emil Əzizovun böyük əməyi və peşəkarlığı sayəsində ərsəyə gətirilib.

Konsert Azərbaycan milli rəqsləri ilə başlayaraq, müxtəlif xalqların rəqs nümunələrini özündə birləşdirən geniş proqramla davam edib və iştirakçıların beynəlxalq kütləvi rəqsi ilə yekunlaşıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.