“Nadir Kamera və Caz Gecəsi” paytaxtın mədəni həyatında əlamətdar musiqi hadisəsinə çevrilib – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir Kamera və Caz Gecəsi" paytaxtın mədəni həyatında əlamətdar musiqi hadisəsinə çevrilib.
Gecəni giriş sözü ilə açan Ceyhun Əlinin vurğuladığı kimi, proqramın özəlliyi onun həm eksklüzivliyində, həm də janr müxtəlifliyində idi. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, tanınmış dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi və virtuoz pianoçu, Əməkdar artist Emil Əfrasiyabın solistliyi ilə reallaşan konsertdə bir neçə əsər ölkə paytaxtında ilk dəfə səsləndirilib. Belə ki, Moris Ravelin "Uşaqlar və möcüzələr" baletindən "Fokstrot" və Sergey Sirotinin "Gerşvinin əsərləri əsasında Fantaziya" kompozisiyalarının Bakı premyerası musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Eyni zamanda, Corc Gerşvinin simli orkestr üçün işlənmiş "Laylay" əsəri gecənin lirik ovqatını tamamlayıb.
Proqramın ən təsirli məqamlarından biri dahi sənətkar Vaqif Mustafazadənin irsinə ehtiram ifadəsi olub. Emil Əfrasiyabın ifasında səslənən "Fortepiano və orkestr üçün konsert" və "Mart" kompozisiyası caz-muğam janrının fəlsəfəsini və zərifliyini bir daha ön plana çıxarıb. Pianonun incə çalarları ilə orkestrin zəngin palitrasının əsrarəngiz vəhdəti sənətsevərləri valeh edib. Bu ifalarda ansamblın tərkibində çıxış edən İskəndər Ələsgərov (zərb alətləri) və Elvin Nəbiyev (bas gitara) də peşəkar ifaları ilə konsertin ümumi musiqi palitrasına xüsusi rəng qataraq tamaşaçıların böyük rəğbətini qazanıblar.
Konsertə rəng qatan sürpriz çıxışlar isə gecəni daha da parlaq edib. Əməkdar artist Ramil Qasımov, Xalq artisti Samir Cəfərov və solist Aytac Şıxəlizadənin çıxışları, həmçinin səhnədə ilk peşəkar addımlarını atan gənc istedad Səməd Novruzovun debütü tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Ölkənin tanınmış ziyalılarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi bu mötəbər gecənin kulminasiya nöqtəsi isə SSRİ Xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəylinin məşhur "Xəzər dənizi" kompozisiyasının Emil Əfrasiyab tərəfindən təqdim olunan rəngarəng improvizasiyaları olub.
Beləliklə, "Nadir Kamera və Caz Gecəsi" klassik kamera musiqisi ilə caz üslubunun incə harmoniyasını bir araya gətirərək paytaxtın mədəni həyatında yadda qalan sənət hadisəsinə çevrilib. Filarmoniya zalında hökm sürən coşqu və uzun sürən alqışlar isə bu layihənin böyük uğurunun ən parlaq göstəricisi olub və "Nadir Events"in Azərbaycan musiqi mədəniyyətinin təbliğinə verdiyi töhfəni bir daha nümayiş etdirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Art in Motion” sərgisini ziyarət ediblər - FOTO
-
Tar danışır, kamança cavab verir - Azərbaycan muğamı Avropanı fəth edir - FOTO
-
Bakı xalçaçılıq sənətinin qlobal paytaxtına çevrilib - Beynəlxalq forumun açılışı - FOTO
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
-
"İranla danışıqlar məni qane etmir"
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Art in Motion” sərgisini ziyarət ediblər - FOTO
-
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
-
ABŞ bu rüsumları 25%-ə qədər artıracaq
-
"Taşacak bu deniz"lə bağlı dəyişiklik
-
İmtahanda fərqlənənlər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var - YENİLƏNİB
-
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu
-
Zerrin Özər aylar sonra ilk dəfə - FOTO
-
Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” - VİDEO
-
Dünyada bir ilk: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər
-
“Sabah”ı Çempionlar Liqasında hansı rəqiblər gözləyir? - TAM SİYAHI
-
Röyanın geyimi müzakirə yaratdı - VİDEO
-
Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi - YENİLƏNİB
-
Nəm salfet məktəbdə problemə səbəb oldu - DİN hərəkətə keçdi
-
Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - FOTO
-
Səxavət Məmmədzadəyə vəzifə verildi
-
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI





