Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Biznes Mərkəzində II Beynəlxalq Xalça Forumu çərçivəsində "Dizayn, kolleksiyalar və məhsulun inkişafı" mövzusunda birinci sessiya keçirilib.
Milli.Az xəbər verir ki, sessiya zamanı iştirakçılar ənənəvi sənətkarlığın qlobal bazara yönəlmiş müasir məhsula transformasiyasının əsas istiqamətlərini müzakirə ediblər. Sessiyanın moderatoru sənətşünas və kommunikasiya üzrə mütəxəssis, regional korporativ kommunikasiyalar üzrə rəhbər, MGİMO-nun müəllimi Olqa Latışeva olub.
İlk məruzə ilə belçikalı müasir tekstil rəssamı Laurin Malengro çıxış edərək sənətkarlıq nümunələrinin beynəlxalq səviyyəli müasir incəsənət bazarının obyektinə necə çevrilə biləcəyindən danışıb.
Daha sonra Meksikadan olan professor, doktor Mariya del Karmen Avendano Rito - konservasiya sahəsində tədqiqatçı və Meksikanın Milli Tədqiqatçılar Sisteminin (SNI) üzvü - tekstil ənənələri, identiklik və onların müasir qlobal kontekstdə aktuallığı mövzusunda məruzə təqdim edib.
Mərakeşdən olan La Maison de l'Artisan təşkilatının baş direktoru Tarik Sadik sənətkarların institusional dəstəyi və dəyərin yaradılması sahəsində təcrübəsini bölüşərək xalça sənayesinin inkişafında struktur modellərin əhəmiyyətini vurğulayıb.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti, BƏƏ-dən olan Naser əl-Darmaki müasir dünyada xalçanın qlobal brend kimi formalaşmasında və mədəni irsin qorunmasında muzeylərin rolunu qeyd edib.
Sessiyanı İtaliyadan olan xalça və qobelen üzrə ekspert, sertifikatlı qiymətləndirici Luka Emilio Brankati yekunlaşdırıb. O, xalça sənayesində dəyərin brendinq, storitellinq və beynəlxalq bazarlara çıxış vasitəsilə yaradılmasından bəhs edib.
Sessiya qlobal iqtisadiyyat şəraitində xalça sənətinin inkişafının yeni modellərinin müzakirəsi və praktik təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib.
Qeyd edək ki, Beynəlxalq Xalça Forumu 1-3 may tarixlərində "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi, Azərbaycan İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilir.
"Xalça sənayesi: dəyərin yaradılması, brendinq və qlobal bazara inteqrasiya. Mədəni irsdən rəqabətqabiliyyətli qlobal məhsula" mövzusuna həsr olunmuş forum xalça sənayesi üzrə aparıcı beynəlxalq ekspertləri, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və yaradıcı sənaye nümayəndələrini bir araya gətirib.
Tədbir möhtəşəm festivalın - mədəni marafonun yalnız başlanğıcı olacaq. Artıq 2-3 may tarixlərində Bakının tarixi mərkəzi - İçərişəhər canlı xalça məkanına çevriləcək. Əsas məqsəd Azərbaycan xalçaçılığını dünya səhnəsində təqdim etmək, onun zəngin irsini və inkişaf perspektivlərini nümayiş etdirmək, həmçinin dünyanın müxtəlif ölkələrindən olan xalçaçıların təcrübə və bacarıqlarını öyrənməkdir.
Qeyd edək ki, Azərbaycan xalçaçıların peşə bayramı - Xalçaçı Günü münasibətilə keçirilən Xalça Festivalı bu il həm də "Azərxalça" ASC-nin 10 illik yubileyi ilə üst-üstə düşür.
Tədbirlər haqqında daha ətraflı məlumatı https://bakucarpetfest.az/2026/ linkindən əldə etmək olar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda II “Opera Günləri” keçiriləcək
-
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutdu - FOTO
-
Şota Rustaveli adına Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası nümayiş olunub - FOTO
-
“Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı baş tutub - FOTO
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
XƏBƏR LENTİ
-
Vüqar Hüseynova yeni vəzifə verildi
-
Azərbaycanda II “Opera Günləri” keçiriləcək
-
Aygün Kazımovanın səhhəti pisləşdi
-
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutdu - FOTO
-
Şota Rustaveli adına Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası nümayiş olunub - FOTO
-
Naib Əlizadəyə yüksək vəzifə verildi
-
“Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı baş tutub - FOTO
-
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
-
"İranla danışıqlar məni qane etmir"
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Art in Motion” sərgisini ziyarət ediblər - FOTO
-
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
-
ABŞ bu rüsumları 25%-ə qədər artıracaq
-
"Taşacak bu deniz"lə bağlı dəyişiklik
-
İmtahanda fərqlənənlər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var - YENİLƏNİB
-
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu
-
Zerrin Özər aylar sonra ilk dəfə - FOTO
-
Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” - VİDEO
-
Dünyada bir ilk: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər
-
“Sabah”ı Çempionlar Liqasında hansı rəqiblər gözləyir? - TAM SİYAHI
-
Röyanın geyimi müzakirə yaratdı - VİDEO
-
Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi - YENİLƏNİB





