Mədəniyyət

Azərbaycanda II “Opera Günləri” keçiriləcək

1 May 2026 23:06
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tamaşaçılara yenidən möhtəşəm sənət bayramını təqdim edəcək.

Milli.Az xəbər verir ki, 28 may - 30 iyun tarixlərini əhatə edən II "Opera Günləri" layihəsi ölkəmizdə opera sənətinin inkişafı və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. İlk dəfə ötən ill böyük uğurla həyata keçirilən bu layihə, bu il daha zəngin proqram və parlaq ifalarla sənətsevərləri bir araya gətirəcək.

"Opera Günləri" milli və dünya opera irsinin təbliği, ustad sənətkarların yad edilməsi və yeni ifaçıların təqdim olunması baxımından əhəmiyyətli layihələr sırasındadır.

Layihə çərçivəsində keçiriləcək tədbirlər:
28 may - Üzeyir Hacıbəyli "Koroğlu" operası ilə təntənəli açılış mərasimi
13 iyun - "Teatrın tarixi simaları" - Ustad səslərə ithaf
Teatrın solistlərinin iştirakı ilə (Mürsəl Bədirov - 100, Şahlar Quliyev - 80)
22 iyun - "Əsrlərdən gələn irs" - teatrın simfonik orkestri, solistləri və xorunun konserti
27 iyun - "Kontratenor" - Əməkdar artist İlham Nəzərovun solo konserti
30 iyun - Cüzeppe Verdi "Otello" operasının premyerası və təntənəli bağlanış mərasimi

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.