Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Biznes Mərkəzində II Beynəlxalq Xalça Forumu çərçivəsində "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" mövzusunda ikinci sessiya keçirilib,
Milli.Az Trend-ə istinadən xəbər verir ki, sessiya zamanı iştirakçılar xalça istehsalının müasir modellərini, bu sahənin inkişafına dayanıqlı yanaşmaları, həmçinin ənənəvi sənətkarlığın qlobal bazarlara çıxarılması yollarını müzakirə ediblər. Sessiyanın moderatoru "Azərxalça" ASC-nin kreativ direktoru və İdarə Heyətinin üzvü Əsmər Babayeva olub.
İlk olaraq Sultanhanı bələdiyyəsinin sədri (Aksaray, Türkiyə) və "Sultansaray Halı" şirkətinin sahibi Fəxri Solak məruzə ilə çıxış edib. O, əl xalçaçılığı seqmentində kommersiya strategiyaları və mədəni irsdən bazar məhsuluna keçid barədə danışıb.
"Azərxalça" ASC-nin İdarə Heyəti sədrinin müavini Ceyhun Əliyev şirkətin milli istehsal modelini təqdim edərək, Azərbaycanda əl işi olan xalçaların istehsal miqyasının genişləndiyini qeyd edib.
"Kyrgyz Handmade" şirkətinin icraçı direktoru Dinara Asanbayeva (Qırğızıstan) icma yönümlü istehsal və beynəlxalq əməkdaşlıq mövzusunda çıxış edib.
"ICOM Nepal"ın sədri Rameş Prasad Davadi Nepalda xalçaçılığın iqtisadi təsiri və onun dayanıqlı inkişafın təmin edilməsindəki rolu haqqında məlumat verib.
"The Independent" nəşrinin baş redaktoru Cordi Qreq (Böyük Britaniya) milli mədəni irsin təbliğində qlobal medianın əhəmiyyətini vurğulayıb.
"Tumar Carpets" qalereyasının təsisçisi Məryəm Qafurova (Qazaxıstan) müasir cəmiyyətdə xalçaların dəyəri, statusu və mədəni əhəmiyyətinin formalaşması ilə bağlı fikirlərini bölüşüb.
Sessiyanı "SOAC Art Consultancy & Curation"ın təsisçisi Sumiyo Okumura (Yaponiya) yekunlaşdırıb. O, xalçaların mədəniyyətlərarası kontekstdəki rolunu və onların qlobal tekstil sənəti bazarındakı mövqeyini qeyd edib.
Sessiya xalça sənayesinin dayanıqlı istehsalı və inkişafı sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib.
Qeyd edək ki, Beynəlxalq Xalça Forumu 1-3 may tarixlərində İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi, "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilir.
"Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru" mövzusuna həsr olunmuş forum aparıcı beynəlxalq ekspertləri, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və xalça sənayesinin yaradıcı sahələrinin nümayəndələrini bir araya gətirib.
Bu tədbir möhtəşəm bir festivalın - mədəniyyət marafonunun yalnız başlanğıcıdır. Artıq 2-3 may tarixlərində Bakının tarixi mərkəzi olan İçərişəhər canlı xalça məkanına çevriləcək. Əsas məqsəd Azərbaycan xalçaçılığını dünya arenasında təqdim etmək, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, həmçinin dünyanın hər yerindən gələn xalçaçıların təcrübə və bacarıqlarını mənimsəməkdir.
Xatırladaq ki, Azərbaycan xalçaçılarının peşə bayramı olan "Xalçaçı Günü"nə həsr olunmuş Xalça Festivalı bu il həm də "Azərxalça" ASC-nin 10 illik yubileyi ilə üst-üstə düşür.
Tədbirlər haqqında daha ətraflı məlumat bu linkdə: https://bakucarpetfest.az/2026/
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda II “Opera Günləri” keçiriləcək
-
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutdu - FOTO
-
Şota Rustaveli adına Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası nümayiş olunub - FOTO
-
“Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı baş tutub - FOTO
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
XƏBƏR LENTİ
-
Vüqar Hüseynova yeni vəzifə verildi
-
Azərbaycanda II “Opera Günləri” keçiriləcək
-
Aygün Kazımovanın səhhəti pisləşdi
-
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutdu - FOTO
-
Şota Rustaveli adına Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası nümayiş olunub - FOTO
-
Naib Əlizadəyə yüksək vəzifə verildi
-
“Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı baş tutub - FOTO
-
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
-
"İranla danışıqlar məni qane etmir"
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Art in Motion” sərgisini ziyarət ediblər - FOTO
-
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
-
ABŞ bu rüsumları 25%-ə qədər artıracaq
-
"Taşacak bu deniz"lə bağlı dəyişiklik
-
İmtahanda fərqlənənlər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var - YENİLƏNİB
-
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu
-
Zerrin Özər aylar sonra ilk dəfə - FOTO
-
Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” - VİDEO
-
Dünyada bir ilk: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər
-
“Sabah”ı Çempionlar Liqasında hansı rəqiblər gözləyir? - TAM SİYAHI
-
Röyanın geyimi müzakirə yaratdı - VİDEO
-
Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi - YENİLƏNİB





