Şota Rustaveli adına Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası nümayiş olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
28-29 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şota Rustaveli adına Gürcüstan Milli Teatrının "Zəncirlənmiş Prometey" tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Şota Rustaveli adına Gürcüstan Milli Teatrının bədii rəhbəri, tamaşanın quruluşçu rejissoru Robert Sturua çıxış edib.
Milli.Az xəbər verir ki, İlham Əsgərov qeyd edib ki, Gürcüstan Milli Teatrının "Zəncirlənmiş Prometey" tamaşasının Bakı premyerası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki milli teatr arasında ötən il imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində həyata keçirilir. Böyük tarixi və dünya teatr mühitində xüsusi yeri olan Rustaveli adına teatrın Bakıya səfərinin əlamətdar mədəniyyət hadisəsi olduğunu qeyd edən teatrın direktoru əlavə edib ki, iki milli teatr arasında əməkdaşlıq gələcəkdə daha da genişləndiriləcək: "Memorandumdan irəli gələn məsələlərin həlli istiqamətindəki ilk addım 2025-ci ilin oktyabr ayında Akademik Milli Dram Teatrının "Şükriyyə" tamaşasının Rustaveli Teatrının səhnəsində nümayişi olub. Gələcəkdə teatrlar arasında qarşılıqlı ustad dərsləri, eləcə də rejissor və rəssam mübadiləsi həyata keçiriləcək, yaradıcı kollektivlərin qarşılıqlı qastrolları davam edəcək".
Gürcüstan Milli Teatrının Bədii rəhbəri, dünya şöhrətli rejissor Robert Sturua iki ölkə arasında mədəni əlaqələrin hazırda yeni inkişaf mərhələsini yaşadığını qeyd edərək yüksək səviyyədə qonaqpərvərliyə və təşkilatçılığa görə öz təşəkkürünü bildirib.
Esxilin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri faciəli fantaziya janrındadır. Tamaşada Manana Abramişvili, Nino Arsenişvili, Qoga Barbakadze, Luka Quledani, Buka Tolordava, Kaxa Kupatadze, İrakli Kereselidze, Eka Mindiaşvili, Eka Molodinaşvili, Marita Mesxoradze, Beka Medzmariaşvili, Malxaz Kvrivişvili, Keti Svanidze, Qagi Svanidze, Beka Sonqulaşvili, David Uplisaşvili, Keti Xitiri, Levan Xurtsia əsas rolları ifa edirlər.
Səhnə əsəri antik faciənin statikliyindən qaçaraq, onu müasir insanın daxili iztirabları ilə birləşdirir. Bu, sadəcə odu oğurlayan titan haqqında mifik hekayə deyil; bu, həm də odla bəşər sivilizasiyasının təməlini qoyan insanın dramıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Arzu Əliyeva və Alena Əliyeva “Tağıyev: Məktəb” bədii filminin təqdimatında iştirak ediblər - FOTO
-
Azərbaycanda II “Opera Günləri” keçiriləcək
-
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutdu - FOTO
-
Şota Rustaveli adına Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası nümayiş olunub - FOTO
-
“Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı baş tutub - FOTO
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız
-
Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi - VİDEO
-
Qənirə Ataşova oğlunu evdən qovub - FOTO
-
Bayraməli Bayramov vəfat etdi
-
"İrandakı müharibə artıq başa çatıb"
-
Arzu Əliyeva və Alena Əliyeva “Tağıyev: Məktəb” bədii filminin təqdimatında iştirak ediblər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var - YENİLƏNİB
-
Vüqar Hüseynova yeni vəzifə verildi
-
Azərbaycanda II “Opera Günləri” keçiriləcək
-
Aygün Kazımovanın səhhəti pisləşdi
-
Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutdu - FOTO
-
Şota Rustaveli adına Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası nümayiş olunub - FOTO
-
Naib Əlizadəyə yüksək vəzifə verildi
-
“Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı baş tutub - FOTO
-
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
-
Bakıda Beynəlxalq Xalça Forumu – “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya - FOTO
-
"İranla danışıqlar məni qane etmir"
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Art in Motion” sərgisini ziyarət ediblər - FOTO
-
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
-
ABŞ bu rüsumları 25%-ə qədər artıracaq
-
"Taşacak bu deniz"lə bağlı dəyişiklik
-
İmtahanda fərqlənənlər - FOTO
-
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu





