Ölkə

Əli Abbasov deputat mandatından məhrum edildi - FOTO

11 Dekabr 2025 19:25
Baxış: 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Milli.Az xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.