Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun rəhbərliyi ilə (müəllim) Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nuray İsmayılovanın konserti keçirilib.
Proqramda həmçinin İlham Nəzərovun digər tələbələri- Kənan Rəhmanzadə, Pərvanə Soltanova və Cavidan Babazadə çıxış ediblər. Onları konsertmeyster qismində Svetlana Əhmədova müşayiət edib.
Konsert çoxsaylı dinləyicilər tərəfindən böyük maraqla izlənilib. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərinin səsləndiyi proqram sənətsevərlərin gur və sürəkli alqışları ilə müşayiət olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





