Dünya

"Pegasus"un zolaqdan çıxan təyyarələri - FOTO

6 Fevral 2020 21:59
0 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən "Pegasus" hava yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi istanbulun Sabiha Gökçen hava limanında sərt eniş səbəbindən enmə-uçuş zolağından çıxaraq 3 hissəyə parçalanıb. Qəza nəticəsində, son məlumata əsasən, 1 nəfər ölüb, 157 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Pegasus"a məxsus təyyarələrin iştirakı ilə belə qəzalar ilk dəfə deyil ki, baş verir. Belə ki, son iki il ərzində daha 2 bənzər hadisə yaşanıb.

Yanvarın 7-də Birləşmiş Ərəb Əmirliklərindən İstanbula gələn "Pegasus" hava yollarına məxsus PC 747 səfər sayılı sərnişin təyyarəsi eniş zamanı zolaqdan çıxmışdı. Qəzada ölən və yaralanan olmamışdı.

Trabzon səfərini gerçəkləşdirən "Boeing 737-800" sərnişin təyyarəsi 2018-ci il yanvarın 14-də hava limanına endikdən sonar manevr zamanı zolaqdan çıxmış və dərədə torpaq örtüyə ilişərək qalmışdı. Təyyarədəki 162 sərnişin qısa müddətdə təxliyyə olunmuşdu. Təyyarənin zolaqdan çıxma səbəbi isə bilinməmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.