Hadisə

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü DANIŞDI - YENİLƏNİB - VİDEO

7 Sentyabr 2025 18:13
Baxış: 2 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:13

Ötən gün Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən qoruyub.

Sürücü İTV-yə açıqlamasında bildirib ki, qırmızı işıqda dayanıb. Lakin birdən yuxarıdan yük avtomobilinin gəldiyini görüb və dərhal arxa istiqamətə hərəkət etməyə məcbur olub:

"Arxaya verməsəydim, sərnişinlər xəsarət alacaqdılar. Saniyələr önəmli idi. Qabağa gedə bilməzdim, yol dolu idi. Məcburiyyət qarşısında qaldım və arxaya verərək sərnişinləri xilas etdim. Heç bir şey ağımdan keçmirdi, əsas məqsəd sərnişinləri təhlükəsiz şəkildə qorumaq idi".

Sürücünün düzgün və vaxtında reaksiyası sayəsində hadisə daha ciddi fəsadlarla nəticələnməyib.

Daha ətraflı İctimai Televiziyanın (İTV) videomaterialında:

---------
12:32

Dünən Biləcəridə baş verən qəza zamanı "92" nörməli avtobus sürücüsü peşəkarlığı ilə diqqət çəkib.

Sürücü Vüsal Məmmədov Real TV-yə bildirib ki, qəza avtobus işıqforda dayanan zaman baş verib.

Belə ki, o, qəza anında avtousun arxa tərəfində boşluq olduğu üçün nəqliyyat vasitəsini arxaya doğru çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.