Xalq artisti Yusif Eyvazov ögey oğlu Tiyaqo ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun övladı ilə fotolarını yayımlayaraq onu 17 yaşının tamam olması münasibəti ilə təbrik edib:
"Ad günün mübarək, mənim əziz adamım. Həssas, ağıllı və çox mehriban bir insan kimi böyüdün. Həmişə belə qal. Mən səni çox sevirəm, bir vaxtlar həyatıma gətirdiyin hərarəti və işığı heç vaxt unutmayacağam".
Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.
İkili ötən il əvvəl 10 illik evliliklərini sonlandırıb. (Axşam.az)
Milli.Az