Şou-biznes

Məşhur aktyorlar “Teşkilat”a keçdi - FOTO

7 Sentyabr 2025 15:28
Baxış: 6 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TRT1" kanalının sevilən serialı "Teşkilat"a yeni aktyorlar qoşulub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekranların uğurlu layihəsinə bu dəfə Bülent Polat, Serhat Tulumluer və Murat Parasayar kimi tanınmış aktyorlar əlavə olunacaq.

Serialın populyarlığı və keyfiyyəti sayəsində "Teşkilat"da aktyor axını davam edir, hər mövsüm yeni simalarla zənginləşir.

Qeyd edək ki, serialın 6-cı mövsümü yaxın günlərdə tamaşaçılarla görüşəcək və izləyiciləri yenə də maraqlı, gərgin süjet xətti gözləyir. "Teşkilat" türk televiziyasının ən uğurlu və izlənilən işlərindən biri kimi özünü təsdiqləməkdədir.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.