Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdən yenidən arta bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz yüksəlib. Əməkhaqqındakı bu artım təkcə maaşların yüksəlməsi ilə məhdudlaşmır. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksləşdirilir. Yəni, əvvəlki ildə maaşların orta artım faizi nə qədərdirsə, növbəti ildə pensiyaların məbləği də həmin göstəriciyə əsasən artırılır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iqtisadi artım tempi stabil olaraq davam edir:
"Bu ilin birinci yarısı üçün 9,4% orta aylıq əmək haqqı artıb və hazırda respublika üzrə orta aylıq əmək haqqı 1097 manat təşkil edir. Eyni zamanda, bu ilin birinci yarısında orta aylıq pensiyanın da məbləği təxminən 9,5% artıb. Hazırda pensiyanın orta aylıq məbləği 538 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 574 manata yüksəlib".
Komitə sədri hesab edir ki, bu temp ilin sonuna qədər davam edəcək və bir qədər də yüksələcək: "Bunları nəzərə alaraq söyləyə bilərik ki, gələn il pensiyaların orta aylıq məbləğinin sığorta hissəsi minimum 10% yüksələcək və daha çox ola bilər".
M.Quliyev vurğulayıb ki, hər şey bundan sonrakı dövrdə iqtisadi artımdan asılı olacaq: "Amma güman edirik ki, ölkəmizdə hər şey stabil gedir və ilin sonuna da bu artım tempi davam edər, 10%-ə çatar və gələn ildən pensiyaların sığorta hissəsi 10% arta bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək





