Dünya

Yaponiya tarixində ilk dəfə baş nazir qadın ola bilər

7 Sentyabr 2025 23:32
Baxış: 300
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiyanın Baş naziri Şigeru İşibanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri və hökumət başçısı vəzifəsindən istefa verəcəyini elan etdikdən sonra onun yerinə mümkün namizədlərin adları açıqlanıb.

Milli.Az istinadən xəbər verir ki, İşibanın yerinə ən güclü namizəd xanım Sanae Takaiçi hesab edilir.

İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiçi LDP sədri seçilcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq.

Bundan başqa, Şinciro Koizumi, Yoşimasa Hayaşi, Yoşihiko Noda və Yuiçiro Tamaki də iddialı namizədlər sırasındadır.

Qeyd edək ki, Sanae Takaiçi son seçkilərdə Şigeru İşiba ilə ikinci tura qalmış, istefaya hazırlaşan baş nazirə 21 fərqlə (215-194) məğlub olmuşdu. (report.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.