Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu saytımızla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Milli.Az xəbər verir ki, o, müraciətində xəbərin saytdan silinməsini, təkzib olunmasını və üzr istənilməsini tələb edib.
Nərimanov Rayon Məhkəməsində hakim Şəbnur Əzizovanın sədrliyi ilə iclas keçirilib. İclasda iddiaçı Şirinov Elxan Qaraxan oğlunun cavabdeh "Manset.az Media" MMC-yə qarşı tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılıb.
Bununla da Elxan Qaraxanoğlunun iddiası təmin edilməyib.
"Manset.az Media" MMC olaraq bildiririk ki, fəaliyyət göstərdiyimiz illər ərzində ölkədə səs-küylü müsahibələr, özəl xəbərlər, açıqlamalar və xüsusi reportajlarla istinad mənbəyinə çevrilmişik. Bu illər ərzində portalımız heç vaxt dəqiqləşdirilməmiş, yanlış məlumat yayımlamayıb. Daim "Media haqqında" qanuna riayət etmiş, jurnalistikanın etik davranış kodekslərinə sadiq qalmışıq.
Milli.Az





