Futbol əfsanəsi ilk dəfə ölən oğlundan DANIŞDI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın məşhur sabiq futbolçusu Michael Ballack şəxsi həyatı ilə bağlı sarsıdıcı açıqlama verib.
Milli.Az xəbər verir ki, bir vaxtlar "Bayer 04", "Bavariya" və "Çelsi" kimi məşhur klublarda çıxış edən keçmiş yarımmüdafiəçi 2021-ci ildə baş verən ailə faciəsi barədə ilk dəfə geniş danışıb.
Xarici mediaya istinadən verilən məlumata görə, Ballak karyerası ərzində böyük uğurlar qazanıb. O, Almaniya Bundesliqasında dörd dəfə, İngiltərə Premyer Liqasında isə bir dəfə çempionluq sevinci yaşayıb. Futbolçu şəxsi həyatında da uzun müddət xoşbəxt olub - o, Simone Lambe ilə ailə qurub və bu nikahdan Luis, Emilio və Jordi adlı üç oğlu dünyaya gəlib. Cütlük 2012-ci ildə ayrılıb.
Lakin 2021-ci ilin avqustunda baş verən hadisə Ballakın həyatını kökündən dəyişib. Həmin vaxt ailə Portuqaliyada istirahətdə olarkən 18 yaşlı oğlu Emilio kvadrosiklə gəzintiyə çıxıb. Bildirilir ki, enişli və kobud yolda hərəkət edərkən nəqliyyat vasitəsi çevrilib və gənc ağır xəsarətlər alıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları onu xilas etməyə çalışsalar da, Emilio həyatını itirib.
Uzun müddət bu mövzuda danışmaqdan çəkinən Ballak nəhayət Meine Geschichte ("Mənim hekayəm") verilişində hisslərini bölüşüb.
Sabiq futbolçu bildirib ki, belə bir itkinin ağrısını sözlə ifadə etmək çox çətindir:
"Bunu təsəvvür etmək belə mümkün deyil. İnsan hər kədərin öhdəsindən öz yolu ilə gəlir. Bu barədə danışmaq mənim üçün hələ də çox ağırdır".
Ballak qeyd edib ki, həyat yoldaşlığı, işi və digər oğullarının varlığı ona ayaqda qalmaq üçün güc verir. Onun sözlərinə görə, belə bir faciə insanın həyata baxışını dəyişir və övladlarının təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırır.
Keçmiş futbolçu sonda həyatın qiymətli olduğunu vurğulayıb və yaşamağın böyük bir nemət olduğunu bildirib.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elza Seyidcahan ailəsi ilə gəzintidə (Foto)
-
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
-
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
-
Ev tikmək adı ilə 29 minini mənimsədi
-
Tramp: Hörmüzdə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
-
"Yayıblar ki, şeirə 2 min manat istəyib"
-
Günün qoroskopu: İş və şəxsi həyat balansını qoruyun
-
Yasamalda vətəndaşlar susuz qaldı
-
Qurban Qurbanov təsdiqlədi - "Onlar bizə çox gec qoşulublar"
-
Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu
-
DÇ-26: Niderland İsveçi darmadağın etdi
-
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
-
Badamlı ərik mürəbbəsi resepti
-
Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində (Video)
-
Konfrans Liqasından imtina etmək istəyirdik - Rəşad Sadıqov
-
Qazaxa dolu yağdı (Video)
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıt tələbə adını qazanmaqda rekord nəticə göstərdi
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
-
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
-
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur
-
Gerçek Alnıaçık "Taşacak bu deniz"dən gedir (Foto)
-
Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi





