Maraqlı

Eynşteynin skripkası hərraca çıxarılacaq - FOTO

7 Sentyabr 2025 17:40
Baxış: 359
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyada Nobel mükafatlı fizikaçı Albert Eynşteynə məxsus skripka hərraca çıxarılacaq.

Milli.Az xəbər verir ki, hərrac oktyabrın 8-də keçirəcək.

Musiqi alətinin 270.000-405.000 dollar arasında satılacağı ehtimal edilir. Eynşteyn bu skripkanı 1890-cı illərin ortalarında Almaniyada alıb.

1930-cu illərdə nasistlər hakimiyyətə gələrkən Eynşteyn ABŞ-a mühacirət etmişdi. Alim həmin zaman əşyalarını həmkarı Maks fon Lauya verib. Onların arasında skripka, velosiped və atası tərəfindən Eynşteynə verilən fəlsəfə kitabı da olub.

İyirmi il sonra fon Lau bunları Eynşteynin Braunşveyqdən olan fanatı Marqareta Hommrixə verib. Əşyalar onun ailəsində 70 ildən qalıb. İndi isə Hommrixin böyük nəvəsi onları hərracda satmaq qərarına gəlib./axşam.az 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.