Şou-biznes

“Paxıl yerində sayır, heç vaxt ucalmaz” - FOTO

7 Sentyabr 2025 17:29
Baxış: 589
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İnfluenser Aynişan Quliyeva açıqlamaları ilə diqqət çəkib. 

Aynişan instaqram izləyicilərinin suallarını cavablandırıb. Bloger "Sizcə, hər kəslə, dostlarla belə rəqabət aparmaq doğrudur" sualına bu cavabı verib:

"Dost adı altında paxıllıq edib rəqabətə girən insan... Ondan nə gözləmək olar ki? Paxıl yerində sayır, heç vaxt ucalmaz. Tez bir zamanda hər kəsin əsl kimliyinin açılması diləyi ilə".

İnfluenser daha sonra "Siz heç kimə söz atmazsınız. Amma son zamanlar sizinlə işi olanlar çoxalıb", "Son vaxtlar sizə paxıllıq edənlərin səbəbi nədir? O qədər öz işinizdəsiniz ki..." suallarını cavablandırıb:

"Əsas odur ki mən onlar haqqında danışmıram, onlar mənim haqqımda danışır. Tanınmış insan haqqında həmişə danışanlar olacaq. Man cavab vermək yerinə enerjimi özümə və sevdiklərimə sərf edirəm. Məni tanıyan tanıyır, tanımayanın sözü mənim yolumu dəyişməz".  (Olay)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.