Dünya

Ukrayna Baş naziri Rusiyanın hücumundan sonra Nazirlər Kabineti binasının içərisini göstərib - VİDEO - FOTO

7 Sentyabr 2025 18:42
Baxış: 614
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın Baş naziri Yuliya Sviridenko 7 sentyabrda Rusiya hücumundan sonra hökumət binasının hazırkı vəziyyətini nümayiş etdirib.

Milli.Az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, atəş nəticəsində Nazirlər Kabinetində heç kim xəsarət almayıb.

"Tammiqyaslı işğalın başlanmasından ilk dəfə olaraq ruslar bütün komandamızın çalışdığı Nazirlər Kabineti binasına zərbə endirdilər. Xoşbəxtlikdən, heç kim zərər görməyib. Yanğın söndürüldü. Xilasedicilərə təşəkkür edirəm. Rusiya terroru Hökumətin işini dayandırmayacaq. Dağıntıları bərpa edəcəyik. Amma ukraynalıların həyatını geri qaytarmaq mümkün deyil. Bu gecə ərzində ölkə boyu Rusiya atəşi nəticəsində dörd nəfər həlak olub, 44-dən çox insan yaralanıb. Aydındır ki, Rusiya sülh istəmir", - o yazıb.

Sviridenko bütün Ukrayna tərəfdaşlarını və dünya ölkələrini Rusiyanın hərəkətlərinə olan məyusluğu Ukraynaya real yardıma çevirməyə çağırıb - "hökmət binası üçün yox, ölkəmizdəki insanlarımızın müdafiəsi üçün çağırış edirəm".

"Artıq hərəkətə keçməyin vaxtıdır. Ukraynaya enerji infrastrukturunun müdafiəsi üçün daha çox hava hücumundan müdafiə sistemi lazımdır, xüsusilə də qış yaxınlaşarkən. Rusiyanın hərbi maşınına resursları azaltmaq üçün sanksiya təzyiqini gücləndirin. Bunların hamısı realdır - imkanlar sizin əlinizdədir. Yalnız bizim birliyimiz və güclü cavabımız Rusiyanı dayandıra və sülh gətirə bilər", - Ukraynanın baş naziri əlavə edib. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.