Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi zərbədən sonra Moskvanı "diplomatiyaya istehza etməkdə" və beynəlxalq hüquqa hörmətsizlikdə günahlandırıb.
Milli.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə X-dəki hesabında yazıb.
Fon der Lyayen bildirib ki, Kremlin addımları diplomatiyaya qarşı təkrar-təkrar təhqirdir. O, Avropanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb: "Biz Ukraynanın silahlı qüvvələrini gücləndiririk, etibarlı təhlükəsizlik zəmanətləri yaradırıq və Rusiyaya təzyiqi artırmaq üçün sanksiyaları sərtləşdiririk". (Qaynarinfo)
Milli.Az