Dünya

Zelenski: Putin açıq şəkildə danışıqlardan yayınır

8 Sentyabr 2025 00:16
Baxış: 351
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tərəfdaşlarımızın Rusiyanın hücumlarına geniş reaksiya verməsi vacibdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın paytaxt Kiyev daxil olmaqla, bir sıra şəhərlərə təşkil etdiyi kütləvi hücumlara dair "Telegram" kanalında etdiyi paylaşımda bildirib.

O bildirib ki, bu hücumlarla Rusiya Ukraynaya daha çox ağrı verməyə çalışır:

"Bu, Putinin dünyanı sınağa çəkməsinin açıq göstəricisidir. O görmək istəyir ki, bunu qəbul edəcəklərmi, yoxsa dözəcəklərmi. Məhz buna görə də liderlərin, dövlətlərin və beynəlxalq qurumların bəyanatlarının Rusiyaya qarşı sanksiyalarla, Rusiya ilə əlaqəli şəxslərə qarşı tədbirlərlə, sərt tariflər və digər ticarət məhdudiyyətləri ilə müşayiət olunması vacibdir".

Ukrayna Prezidenti qeyd edib ki, Putin danışıqları istəmir, açıq şəkildə bundan yayınır, buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqli cavabıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.