İdman

Gürcüstan millisindən böyükhesablı qələbə

7 Sentyabr 2025 21:53
Baxış: 472
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunun 2-ci turunda Gürcüstan yığması öz meydanında Bolqarıstanı qəbul edib. 

Milli.Az xəbər verir ki, E qrupu komandaları arasında keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 30-cu dəqiqədə PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya hesabı açıb. 44-cü dəqiqədə Nika Qağnidze fərqi artırıb. Oyunun 66-cı dəqiqəsində isə Jorj Mikuatadze yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra Gürcüstan qrupda ilk qələbəsini qazanıb. Qrupun digər komandaları İspaniya və Türkiyədir. 1-ci turda gürcülər Türkiyəyə 2:3 hesabı ilə uduzmuşdu, Bolqarıstan isə İspaniyaya 0:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, bu gün qrupun digər oyununda Türkiyə İspaniyanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.